Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 May 15:41
Şərh Yoxdur
3389

İmam Zaman ağada (ə.f) beş peyğəmbərin (s) xüsusiyyəti vardır

İmam Zaman ağa (ə.f):

1. Yunus (ə) peyğəmbərə bənzəyir. Həzrət də Yunus (ə) kimi qeyb olduqdan sonra, ümmətinə tərəf qayıdacaqdır. Onların arasından gedəndə cavan idi, qayıdan zaman qocalmışdı. İmam Sadiq (ə) Hənnan ibn Sədirə buyurur: “Allahın iradəsi belədir ki, keçmiş peyğəmbərlərin (ə) sünnətini bizim Qaimin (ə.f) qeybi barəsində həyata keçirtsin. Ona görə də onların qeyb müddətinin cəmi onun haqqında həyata keçəcəkdir”.

2. Yusif (ə) peyğəmbərə bənzəyir. Yusif (ə) necə ki, öz millətindən, qohumlarından qaib idi və qeyb olması atası Yəqub (ə) üçün çətin idi, İmam Zaman ağa(ə.f) ilə da bağlı elədir. O, da öz davamçılarından qaibdir və qeybi aşiqləri üçün ağırdır.

3. Musa (ə) peyğəmbərə bənzəyir. Həzrət Məhdi (ə.f) də Həzrət Musa (ə) kimi gizli dünyaya gəlmişdir. Öz davamçılarından qeyb oldu və qayıdan zaman Firona qalib gəldi.

4. Həzrət İsaya (ə) bənzəyir. Həzrət İsanın (ə) diri olması ilə bağlı bəzi cammatda şəklər olduğu kimi Həzrət Məhdinin (ə) də sağ olması ilə bağlı belə şəkk və fikri vəsvəsələr vardır.

Bu sırada Həzrət Salehin (ə) qeybi xüsusiyyətinə də toxunmaq yerinə düşər. Həzrət Salehin (ə) qeybi barəsində İmam Sadiq (ə) buyurur: “O, uzun müddət qeyb olmuşdu. Qayıdan zaman qiyafəsi tamamilə dəyişmişdi. İnsanlar ona qarşı üç dəstə olmuşdular. Bəziləri onu təsdiq edir, bəziləri inkar edir, bəziləri də şəkk içində idilər”. İmama (ə) sual verirlər ki, Saleh qaib olan zaman ümmətinin içində alimlər vardırmı ki, onları düz yola hidayət etsin? İmam (ə) buyurur: “Allah ondan da alimdir ki, yer üzünü insanları Allaha dəvət edən alimsiz saxlasın”.

5. O, öz cəddi İslam Peyğəmbərinə (s) bənzəyir. İmam (ə.f) da cəddi Rəsuli-Əkrəm (s) kimi qılıncla qiyam edəcəkdir, Allahın, Rəsulun (s) düşmənlərini məhv edəcəkdir.//Deyerler.org

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..