Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Aprel 11:55
Şərh Yoxdur
2932

İmam Zaman ağa (ə.f) bu məsciddə namaz qıldı

Livanın məcsidlərinin birinin imam-camaatı və məscid əhli and içmişdilər ki, Məhərrəm ayı boyunca Əbülfəzl Abbas ağanın (ə) adına insanlara yemək və içmək versinlər. Onlar öz andlarına ən gözəl surətdə əməl etdilər.

 

Həmin məsciddə bir dəmir qutu qoymuşdular ki, kim istəsə idi, sədəqəsini o qutuya atardı. Həmin qutunun qıfılla bağlı Qutunun ağzı çox dar idi. Bu deşikdən ora ancaq ya dəmir pul, ya da büküb kağız pul atmaq olardı.

 

Bir müddət sonra o qutunu açdılar və qutuda olanlar hamının təəccübünə səbəb ldu. Qutunun içində Livanın ən gözəl şirniyyatı ilə dolu bir qab var idi ki, çox böyük idi və üzərində də bir məktub qoyulmuşdu.

Qıfıl açılmamışdı və deyildiyi kimi, qutunun ağzı da çox dar idi.

Ölçüb gördülər ki, adi halda bu şirniyyat qutusunu heç cür o qutuya yerləşdirmək də belə, mümkün deyildir. Sonra məktubu açıb oxudular.

 

Orada yazılmışdı: “Bismilləhir-Rahmənir-Rəhim! “Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər”. (“Tövbə” 105).

Əzəmətli olan Allah düz buyurmuşdur. Mən – Məhdi Muntəzirəm (ə.f). Sizin məsciddə namaz qıldım. Sizin yediklərinizdən mən də yedim. Sizin üçün dua etdim. Siz də mənim fərəcim üçün dua edin”. (Havzah/Deyerler)

 

Başa düşdülər ki, bu məktubu və hədiyyəni Həzrət Məhdinin (ə) özü qoymuşdur.

 

Bu xəbər sürətlə bütün ətrafa yayıldı. Təbii ki, eşidən hər kəs o təbərrükləri görmək istədi.

Allah Təala o Həzrətin (ə.f) fərəcini təcil etsin, inşəallah!

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..