Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Yanvar 10:45
Şərh Yoxdur
4581

İmam Zaman (ə.f) evlidirmi?

İmam Zamanın (ə.f) evliliyi və onun övlad sahibi olub-olmaması barəsində üç nəzər irəli sürülmüşdür:

1. İmamın (ə.f) evliliyinin xüsusiyyət və keyfiyyətindən xəbərsiz olduğumuza baxmayaraq, bəziləri Onun (ə.f) evli olduğuna inanırlar.

Əllamə Məclisi[1], Muhəddis Nuri[2], Şeyx Əli Əkbər Nəhavəndi[3], Seyid Muhəmməd Sədr[4] kimi böyük şiə alimləri bəzən aşkar, bəzən də müəyyən analoji arqumentlərə istinad edərək İmam Zamanın (ə.f) evli olduğuna inanmışlar.  Əlbəttə qeyd etmək lazımdır ki, bu evliliyin xüsusiyyəti barədə  alimlər arasında fikir ayrılığı olmuş və ya bu məsələyə toxunulmamışdır.

2.  Bəziləri isə bu nəzərin əksini isbatlayan dəlillərə söykənərək onun evli olmadığına inanırlar.

3.  Bəziləri isə bu məsələdə qeyd olunan bu iki nəzəri qəbul etmir və bu məsələ barədə heç bir nəzər irəli sürməyərək sükut edirlər.

Bu məsələdə gərək axırıncı nəzəri qəbul edib güman və ehtimallar üzrə verilən nəzərlərdən çəkinək. Ona görə ki;

– Bu məsələnin müzakirə obyektinə çevrilib-çevrilməməsi “Məhdəviyyət” mövzusunun özünə və onun dinimizdəki mövqeyinə heç bir təsir göstərmir. Quranda da buna bənzər məsələlərdə (Məsələn Həzrət Xızr (ə) barədə) eyni ilə belə rəftar edirik. Onların ailəli olub-olmamaları, övladlarının var olub-olmaması məsələsi nə onların qeybdə olmalarına, nə də ki “Məhdəviyyət” ideologiyasına mənfi təsir göstərə bilməz.

– Şiə alimləri müasir dövr istisna olmaqla bu mövzu barədə ətraflı araşdırma etməyiblər. İmam Zaman (ə.f) barəsindəki bu suallar son qırx ildə ortaya çıxmış məsələlərdəndir. Buna görə də min ilə yaxın bir müddət ərzində bu məsələnin qabardılmaması heç bir problemlər yaratmayıb.

– Yuxarıda qeyd olunan əvvəlki iki nəzəri dəstəkləyənlərin arqumentləri  bu tarixi məsələni birdəfəlik həll edib nəticə əldə etmək üçün kifayət qədər keçərli və etibarlı deyil. Çünki bu hədislərin bir çoxu ya mürsəldir [5], ya da ki hədis raviləri bilinmir (məchuldur).

– Nəql olunan hədislərin sənədi zəif olmaqla yanaşı, bir-biri ilə ziddiyyət də təşkil edir. Belə olan halda bu iki qrupun nəzəri biri digərindən üstün ola bilməz. Yuxarıda qeyd edilənlərə əsasən İmamın (ə.f) evliliyini qəbul edən alimlərin istinad etdikləri hədislər çox olmasına baxmayaraq qənaətbəxş deyil.

Belə olan halda bu məsələdə sükut etmək daha məqsədəuyğun olardı.

 

www.ahliman.info

 

1]Biharul-Ənvar, c.53, səh.145

[2]Nəcmüs-Sabiq, səh.403-404

[3]Əl-Əbrəqi əl-Həssan, c.2, səh.134

[4]Tarixul ğeybət əl-kubra, c.2, səh.64

[5]Hədis elmindəki hədis bölgülərindən biridir. Mürsəl hədis dedikdə, hədisin nəql olunmuş sənədlərdə ravilərinin  bir və yaxud bir neçəsinin adının qeyd olunmaması başa düşülür.

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..

Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.s.) və onun başına gətiriləcək müsibətlərdən danışır!

Peyğəmbəri-Əkrəmin (s) öz sevimli qızı xanım Fatimeyi-Zəhraya (ə.s.) məhəbbət və ehtiramı yalnız atalıq hisslərindən qaynaqlanmırdı. O həzrət qızına böyük gözlə baxır, böyük... Davamı..

XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) ŞƏHADƏTİ

Şiə və sünni tariхçiləri Əbu Rafеnin həyat yoldaşı Səlmaya istinadən bеlə nəql еdirlər: “Mən həzrət Fatimədən (s.ə.) ömrünün aхırlarında bəzi məsələlər haqda... Davamı..

XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) MƏQAMI

1. Xanım Fatimeyi-Zəhra (s.ə.) – qadınların ən üstünü: Məşhur əhli-sünnə mənbələrində nəql olunan bir çox rəvayətlərdə aşkar şəkildə göstərilir ki, xanım Fatimeyi-Zəhra... Davamı..

HƏZRƏT ZEYNƏBİN (S.Ə.) HƏYATINA QISA BİR BAXIŞ

Cəmadiul-əvvəl ayının 5-i  iffət və müqavimət nümunəsi xanım Zeynəbin (s.ə.) doğum günüdür. Bu münasibətlə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir, o xanımın... Davamı..

10 Rəbius-sani Xanım Fatimeyi-Məsumənin (s) vəfat günüdür.

Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o Xanımın bir sıra xüsusiyyətlərinə toxunacağıq ki, onun şəxsiyyəti və... Davamı..

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.   İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi... Davamı..

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti ✅1). Sizlərə tövsiyə edirəm ki, təqvalı olun və Allahdan qorxun; Quran baxımından insanların bir-birindən təkcə üstün... Davamı..