Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Yanvar 10:45
Şərh Yoxdur
4682

İmam Zaman (ə.f) evlidirmi?

İmam Zamanın (ə.f) evliliyi və onun övlad sahibi olub-olmaması barəsində üç nəzər irəli sürülmüşdür:

1. İmamın (ə.f) evliliyinin xüsusiyyət və keyfiyyətindən xəbərsiz olduğumuza baxmayaraq, bəziləri Onun (ə.f) evli olduğuna inanırlar.

Əllamə Məclisi[1], Muhəddis Nuri[2], Şeyx Əli Əkbər Nəhavəndi[3], Seyid Muhəmməd Sədr[4] kimi böyük şiə alimləri bəzən aşkar, bəzən də müəyyən analoji arqumentlərə istinad edərək İmam Zamanın (ə.f) evli olduğuna inanmışlar.  Əlbəttə qeyd etmək lazımdır ki, bu evliliyin xüsusiyyəti barədə  alimlər arasında fikir ayrılığı olmuş və ya bu məsələyə toxunulmamışdır.

2.  Bəziləri isə bu nəzərin əksini isbatlayan dəlillərə söykənərək onun evli olmadığına inanırlar.

3.  Bəziləri isə bu məsələdə qeyd olunan bu iki nəzəri qəbul etmir və bu məsələ barədə heç bir nəzər irəli sürməyərək sükut edirlər.

Bu məsələdə gərək axırıncı nəzəri qəbul edib güman və ehtimallar üzrə verilən nəzərlərdən çəkinək. Ona görə ki;

– Bu məsələnin müzakirə obyektinə çevrilib-çevrilməməsi “Məhdəviyyət” mövzusunun özünə və onun dinimizdəki mövqeyinə heç bir təsir göstərmir. Quranda da buna bənzər məsələlərdə (Məsələn Həzrət Xızr (ə) barədə) eyni ilə belə rəftar edirik. Onların ailəli olub-olmamaları, övladlarının var olub-olmaması məsələsi nə onların qeybdə olmalarına, nə də ki “Məhdəviyyət” ideologiyasına mənfi təsir göstərə bilməz.

– Şiə alimləri müasir dövr istisna olmaqla bu mövzu barədə ətraflı araşdırma etməyiblər. İmam Zaman (ə.f) barəsindəki bu suallar son qırx ildə ortaya çıxmış məsələlərdəndir. Buna görə də min ilə yaxın bir müddət ərzində bu məsələnin qabardılmaması heç bir problemlər yaratmayıb.

– Yuxarıda qeyd olunan əvvəlki iki nəzəri dəstəkləyənlərin arqumentləri  bu tarixi məsələni birdəfəlik həll edib nəticə əldə etmək üçün kifayət qədər keçərli və etibarlı deyil. Çünki bu hədislərin bir çoxu ya mürsəldir [5], ya da ki hədis raviləri bilinmir (məchuldur).

– Nəql olunan hədislərin sənədi zəif olmaqla yanaşı, bir-biri ilə ziddiyyət də təşkil edir. Belə olan halda bu iki qrupun nəzəri biri digərindən üstün ola bilməz. Yuxarıda qeyd edilənlərə əsasən İmamın (ə.f) evliliyini qəbul edən alimlərin istinad etdikləri hədislər çox olmasına baxmayaraq qənaətbəxş deyil.

Belə olan halda bu məsələdə sükut etmək daha məqsədəuyğun olardı.

 

www.ahliman.info

 

1]Biharul-Ənvar, c.53, səh.145

[2]Nəcmüs-Sabiq, səh.403-404

[3]Əl-Əbrəqi əl-Həssan, c.2, səh.134

[4]Tarixul ğeybət əl-kubra, c.2, səh.64

[5]Hədis elmindəki hədis bölgülərindən biridir. Mürsəl hədis dedikdə, hədisin nəql olunmuş sənədlərdə ravilərinin  bir və yaxud bir neçəsinin adının qeyd olunmaması başa düşülür.

Digər “Əhli-Beyt ” Xəbərləri

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..