Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Aprel 11:48
Şərh Yoxdur
660

İMAM SADİQİN (Ə) HƏYATI

İMAM SADİQİN (Ə) HƏYATI
İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında ikən Mənsur Dəvaniqinin xilafəti dövründə şəhadətə yetmişdir. Müqəddəs məzarı “Bəqi” qəbiristanlığında atası imam Baqirin (ə) məzarının kənarındadır. O həzrətin anası Qasim ibn Məhəmməd ibn Əbu Bəkrin qızı Fərvədir. İmam Baqir (ə) Mədinədə yaşasa da, oğlu imam Sadiq (ə) şiələrin çoxu İraqda olduğundan və ya başqa səbəblərə görə, bir müddət İraqda yaşamışdır. O həzrətin dövründə hökumət Əməvilərin əlindən çıxıb Abbasilərin əlinə keçdi.
İMAM SADİQİN (Ə) MÜASİRİ OLMUŞ XƏLİFƏLƏR
İmam Sadiq (ə) hicrətin 114-cü ilində Əməvilərin hakimiyyəti dövründə imamətə çatmış, hicrətin 132-ci ilində Əməvilər hakimiyyətinə son qoyulmuş və Abbasilər sülaləsi hakimiyyəti ələ keçirmişdir. O həzrət aşağıda adıçəkilən Əməvi xəlifələrinin müasiri olmuşdur: Hişam ibn Əbdülməlik (105-125 h.q.); Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q.); Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q.); İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin 126-cı ilinin yetmiş gününü); Mərvan ibn Məhəmməd (Mərvani-Himar) (126-132 h.q.). Abbasilərindən isə iki xəlifənin müasiri olmuşdur; Abdullah ibn Məhəmməd Səffah (132-137 h.q.) və Mənsur Dəvaniqi (137-158 h.q.).
İMAM SADİQİN (Ə) ƏXLAQİ VƏ ELMİ ŞƏXSİYYƏTİ
Şiə etiqadına əsasən, o həzrət Allah tərəfindən imamət məqamına təyin edilmişdir. Əbu Hənifə, Malik ibn Ənəs və bir qrup digər böyük ravilər imam Sadiqi (ə) öz ustad və müəllimlərindən biri olaraq qəbul etmiş və tanıtdırmışlar. Malik ibn Ənəs imam Sadiqin (ə) hüzurunda uzun müddət şagirdlik edən və dərs oxuyanlardan biri kimi, o həzrətin şəxsiyyəti haqqında belə söyləyir: “Bir müddət idi ki, Cəfər Sadiqin (ə) hüzuruna gedirdim. O həzrət zarafatcıl idi və dodaqlarında daim təbəssüm görünürdü. Onun hüzurunda Rəsulullahın (s) adı çəkildikdə, rəngi dəyişərdi. O həzrətin evinə gedib-gəldiyim müddətdə onu həmişə namazqılan, oructutan və Quran oxumaqla məşğul olan halda görürdüm. O, bütün vücudu ilə Allah qorxusunu hiss edən, təqvalı və zahid alimlərdən idi…” (“Ət-təvəssul”, İbn Teymiyyə, s52.)
Tarixi mənbələrdə imam Sadiqin (ə) hüzurunda elm öyrənən və hədis dinləyən kəslərin sayı dörd min nəfər qeyd edilmişdir.
Əbu Hənifə imam Sadiq (ə) haqda belə deyirdi: “Mən fəqihlikdə Cəfər ibn Mühəmməddən (ə) daha üstün bir şəxs görmədim. Şübhəsiz, o, İslam ümmətində hər kəsdən daha çox biliyə malikdir.” (“Əl-məscidul-məsanid”, Əhməd Xarəzmi, c.1, s.222.)
Məşhur tarixçilərdən olan İbn Xülləkan o həzrət haqda belə yazır: “O, imamiyyə şiələrinin on iki imamından biri, Rəsulullahın (s) Əhli-beytinin böyüklərindəndir və doğru danışan olduğu üçün “Sadiq” ləqəbi ilə məşhurdur.” (“Vəfəyatul-əyan”, c.8, s.105.)
İmam Sadiqdən (ə) yalnız “fiqh”lə əlaqədar hədislər deyil, təfsir, kəlam və əxlaq elmi haqqında da qiymətli hədislər əlimizə gəlib çatmışdır.
Digər “Əhli-Beyt ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..

İMAM MEHDİ (Ə) ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ

– bəzi əhli-sünnə alimləri imam Mehdiyə (ə) etiqadı müdafiə etmiş…   İmam Mehdinin (ə.c) dünyamiqyaslı qıyamı və inqilabı şiə mənbələri ilə yanaşı,... Davamı..

İmam Zamanın (ə.c) imamətinin başlanğıcı

İmam Mehdinin (ə) həyatı üç dövrdən İbarətdir   Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayının 9-u bəşəriyyət aləminin xilaskarı, imam Zamanın (ə.c) imamət məqamına... Davamı..

imam Həsən Əskərinin (ə) şəhadəti

Rəbiül-əvvəl ayının 8-i on birinci imamımız imam Həsən Əskərinin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və o həzrətin... Davamı..

Bu gün əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfat günüdür

Bu gün Qəməri təqvimi ilə səfər ayının 28-i əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) vəfatı və imam Həsən ibni Əlinin (ə) şəhid... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şiələrin onuncu imamının adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, mübarək künyəsi “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi... Davamı..