Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Sentyabr 15:28
Şərh Yoxdur
3332

İmam Sadiq (ə) mömin hacı üçün ən yaxşı evi necə aldı?

Nəql edilir ki, bir nəfər Mədinədə İmam Sadiqin (ə) yanına gəlir və deyir: “Ya ibni Rəsulallah! Mən Məkkəyə yollanıram. Yaşadığım yer Mədinədən uzaqdır. Allah mənə çoxlu sərvət vermişdir. Onun bir hissəsi ilə həcc xərclərimi təmin edirəm. Bir hissəsini həyat yoldaşım və övladlarımın xərclərinə ayırmışam. Özümlə bir qədər pul gətirmişəm ki, zəmanənin İmamı (ə) mənim üçün Mədinədə yaxşı və abırlı bir ev alsın”.

İmam (ə) buyurur: “Deyirsən ki, yaxşı bir ev istəyirsən?”. Deyir: “Bəli”. Buyurur: “Mən bəyəndiyim evi istəyərsən?”. Deyir: “Bəli. Siz bəyəndiyiniz evi mən də bəyənəcəyəm”. İmam (ə) buyurur: “Sənin üçün ən yaxşı evi alacağam”.

Həmin kişi Məkkəyə gedir və iki aydan sonra həcc mərasimi bitən kimi Mədinəyə qayıdır. Həzrətin (ə) xidmətinə gəlir və deyir: “Ağa, mənim evimin sənədini hazır edin”. İmam (ə) buyurur: “Evinin sənədi özüməm. Sən yaşadığın yerdə rahatsan, niyə gəlib bu səs-küylü şəhərdə yaşamaq istəyirsən? Mən səndən aldığım pulla sənin üçün behiştdə ev almışam. Sənədini də sənin adına salmışam. Bu evi almağın yolu da bu idi ki, mən sənin bütün pak və halal pulunu Quranın da buyurduğu kimi Mədinənin abırlı yoxsullarına xərcləmişəm. Həmin ev bu xüsusiyyətlərdə behiştdə sənin üçün hazırdır: “Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları cənnətlər vəd etmişdir. Həmçinin əbədi cənnətlərdə pak məskənlər!”. (“Tövbə” 72)”.

Bu hacı – mömin və inanclı bir insan idi. İmama (ə) dedi: “Aldığınızı gözümlə görmək istəyirəm”. Və sonra xudafizləşib İmamın (ə) yanından ayrıldı. Ömrü uzun çəkmədi və bir ildən az yaşadı və öldü. İmam Sadiqin (ə) onun üçün aldığı evi bərzəxdə ona mərhəmət etdilər. (Erfan/Deyerler)

“Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbirdən qaldırılan zaman) mələklər nazil olarlar (və deyərlər): «Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş cənnətlə müjdə olsun sizə!». (“Fussilət” 30).

Rəhmət mələkləri ölən zaman behişti ona göstərib deyərlər: “Bu, həmin yerdir ki, dünyada sənə vəd edilmişdi. İndi istəyirsənmi ki, səni ora daxil edək?”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..