Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Mart 12:46
Şərh Yoxdur
3087

İmam Sadiq (ə): “İmam Məhdi (ə.f) zühur edəndə bütün insanlar onu tanıyacaqdır”

Həzrət İmam Zaman ağanın (ə.f) mübarək ləqəblərindən biri Yusifi-Zəhradır. Bunun səbəbi də odur ki, İmam Zaman ağa (ə.f) ilə Həzrət Yusif (ə) arasında oxşarlıqlar vardır.

 

İmam Sadiq (ə) buyurur: “Həzrət Məhdi (ə.f), Həzrət Yusif (ə) kimidir. O zaman ki, qardaşları onu gördü, Həzrət Yusif (ə) onları tanıdı. Ancaq onlar qardaşlarını tanımadılar.

İmam Zaman (ə.f) da sizin bazarlarda gəzir, ticarət edir, sizinlə söhbət edir, xalçanızın üzərində yeriyir, sizi tanıyır – ancaq siz onu tanımırsınız”.

 

O zaman ki, Yusifin (ə) qardaşları Misirə daxil oldular, Yusif onları qəbul etdi və qayıdan zaman onlara dedi: “Əgər yenə gəlsəniz, Binyamini özünüzlə gətirin ki, sizə buğda verim. Əks halda buğda verməyəcəyəm”.

Binyamin gələn zaman Yusif əmr edir ki, buğda qabını Binyaminin torbasına qoysunlar. Sonra onu oğurluqda ittiham edir və onu öz yanında saxlayır. Binyamin qardaşını tanıyır və onlar qucaqlaşırlar.

 

İmam Sadiqin (ə) buyurduqlarından belə nəticəyə gəlmək olur ki:

 

1. Əziz İmam (ə.f) bizi tanıyır, ancaq biz o Həzrəti (ə.f) tanımırıq. O, bizimlə söhbət edir, bizimlə ticarət edir, ancaq biz onu tanımırıq. Hədislərin birində oxuyuruq: “O zaman ki, Həzrət (ə.f) zühur edəcəkdir, bütün insanlar onu tanıyacaqdır, çünki əvvəlcə onu görüblər”.

 

2. Həzrət Yusif (ə) qardaşlarının səhvinə baxmayaraq onları qəbul edir. İmam (ə.f) da o cür edəcəkdir. İnsan necə olursa-olsun, İmamın (ə.f) dövətinə daxil ola biləcəkdir.

 

3. Həzrət Yusif (ə) deyir ki, mənim sevimli qardaşım Binyamini gətirin. Bəs İmamın (ə.f)  məhbubu kimdir? Əlbəttə ki, bizim saleh əməllərimiz, təqva və imanımız…

 

4. Həzrət Yusif (ə) hədələyir ki, əgər Binyamini gətirməsəniz, sizə buğda verməyəcəyəm. Biz də əgər İmamın (ə.f) sevdiyi təqvalılığın ardınca olmasaq, İmamın (ə.f) lütfündən məhrum olarıq.

 

5. Biz gərək Binyamin olaq, nəinki Yusifin qalan qardaşları. Bizim hədəfimiz – Binyamin olmaq olmalıdır. Bu zaman İmam (ə.f) bizə nəzər salar və əziz tutar. (Beytutə/Deyerler)

 

Gərək İmamın (ə.f) intizarını çəkənlərdən olaq.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..