Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 İyul 17:32
Şərh Yoxdur
2489

İmam Sadiq (ə): “Əgər ziyandan sağlam qalarsa, danışmaq sükutdan daha yaxşıdır”

Hədislərimiz buyurur ki, əgər danışmaq üçün ehtiyac yaranmasa, yersiz söz danışmaq yerinə susmaq və sükut etmək insana ancaq xeyir və fayda gətirər, ziyandan və günahdan qoruyar.

 

İmam Səccaddan (ə) danışmaq və susmaq barəsində soruşurlar ki, hansı daha üstündür. Həzrət (ə) buyurur: “Hər ikisinin də ziyanı vardır. Əgər bu ziyandan sağlam qalarsa, danışmaq sükutdan daha yaxşıdır”.

Soruşurlar ki, niyə?

Buyurur: “Çünki Allah Təala peyğəmbərlərini (ə) və vəsilərini (ə) sükutla məbus etməmişdir. Onlar gəliblər ki, insanlarla danışsınlar. Heç kəs sükut edərək behiştə, İlahi vilayətə və İlahi əzabdan amanda qalmağa layiq olmaz. Bütün bu faydalar və nəticələr danışaraq əldə olunar. Mən heç bir zaman Günəşlə Ayı tərəzinin bir gözünə qoymamışam”.

 

Yəni, necə ki, Ay Günəşin nuru sayəsində özünü nümayiş etdirər, sükutun da fəziləti danışaraq aşkar olar. Onun əksi mümkün deyildir.

Yəni, Ayın nuru ilə Günəşi nişan vermək olmaz.

 

İmam Rza (ə) buyurur: “Bilikli olmağın üç nişanəsi vardır:

1.   Səbir.

2.   Elm.

3.   Sükut”.

 

Bu hədisdə adı çəkilən sükut – insanın yersiz söz danışmaq yerinə sükut etməsidir. O zaman ki, əmr-be-məruf etmək lazım olar, sükut etməyin yeri olmaz. Çünki müsəlman məsuldur ki, başqalarını nəhy və məruf etsin. Bunu susaraq etmək mümkün deyildir.

Bu səbəbdən sükut nə qədər dəyərli olsa da, danışmaq ondan daha çox dəyərlidir.//Deyerler.org

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..