Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 May 14:14
1 Şərh
3773

İmam Sadiq (ə) namazı necə qılırdı?

Həmad ibni İsa nəql edir: “İmam Sadiqin (ə) xidmətində idim, mənə buyurdu: “Namazı yaxşı qıla bilərsənmi?”. Dedim: “Necə bacarmayım ki, namaz haqqında yazılan “Həriz” kitabını əzbərdən bilirəm””.

Həzrət (ə) buyurdu: “Sənin üçün zərəri yoxdur, ayağa qalx və namaz qıl ki, mən də sənin necə namaz qıldığını görüm”. Mən üzü qibləyə dayanıb, namaz qılmağa başladım və namazın bütün rüku və səcdəsini yerinə yetirdim. Ancaq İmam (ə) bu namazı bəyənmədi və buyurdu: “Namazı yaxşı qılmadın. Necə də bir insan üçün çirkindir ki, ömründən 60-70 il keçər və bir kamil namaz qıla bilməz”.

Mən xəcalət çəkdim və dedim: “Qurban olum, namazı mənə təlim verin”. İmam (ə) üzü qibləyə dayandı və əllərini azad buraxdı. İmamın (ə) barmaqları bir-birinə sıxılmış idi. Ayağının barmaqlarını da qibləyə tərəf çevirdi, təvazökarlıq və qəlb hüzuru ilə buyurdu: “Allahu Əkbər”. Sonra “Həmd” və “İxlas” surəsini tərtillə oxudu. “İxlas” surəsi bitəndən sonra bir nəfəs çəkilən qədər səbir etdi.

Sonra əllərini üzünə qədər qaldırdı və dayandığı halda buyurdu: “Allahu Əkbər”. Ondan sonra rükuya getdi və əllərinin içini dizinə qoydu. Həzrətin (ə) barmaqları açılmış halda idi. Ondan sonra səcdəyə getdi və səcdə halında əllərini bədəninə yapışdırmamışdı və bədəninin yeddi üzvünü yerə qoymuşdu. Səcdə edən zaman alnı, əllərinin içi, iki diz qapağı, ayağının iki baş barmağı, burnunun ucu yerə dəyirdi. Birinci səcdədən qalxan zaman buyurdu: “Allahu Əkbər”. Sol böyrü üstə əyləşdi və sağ ayağının üstünü sol ayağının altına qoydu. Buyurdu: “Əstəğfirullahi Rabbi və ətubu iləyh” və əyləşdiyi yerdə yenə buyurdu: “Allahu Əkbər” və ikinci səcdəyə getdi. Onu da birinci səcdə kimi yerinə yetirdi. Təşəhhüdü deyən zaman İmamın (ə) barmaqları bir-birindən açılmış vəziyyətdə idi. Namazı bitirəndən sonra buyurdu: “Səcdə zamanı bədənin yeddi üzvünün yerə qoyulması vacibdir. Burnunun ucunu yerə qoymaq sünnətdəndir (müstəhəbdir)”.

Sonra bu ayəni tilavət etdi: “Məscidlər Allaha məxsusdur (ibadət niyyəti ilə olan səcdələr, namaz vaxtları, bütün məscidlər və insanın bədəninin səcdə zamanı yerə dəyən yeddi üzvü – hamısı Ona məxsusdur). Belə isə, Allahla birgə heç bir kəsi (sitayiş etmək məqsədilə) çağırmayın”. (“Cinn” 18).

İmam (ə) buyurdu: “Ey Həmad! Bu cür namaz qıl!”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..