Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
31 Oktyabr 11:21
Şərh Yoxdur
2519

İmam Səccadın (ə) mübarək dəlilləri ilə qoca şamlının tövbəsi

Quran ilə Əhli-beyt (ə) arasında həmişə sıx rabitə olmuşdur. İmam Səccad (ə) bu rabitəni qoca şamlı kişi üçün çox açıq və aydın şəkildə bəyan etmişdir.

Bu qoca şamlı kişi gəlmişdi ki, Allah rizası və behişt şövqünə görə “dindən xaric olanlara” görə nifrətini Belə düşünürdü ki, bu əməl Quran oxumağın savabından daha çoxdur. (Tebyan/Deyerler)

İmam Hüseynin (ə) mübarək kəsilmiş mübarək başını görür və deyir: “Allaha şükür ki, sizi öldürüb, həlak edib, şəhərləri sizin şərinizdən qoruyub və əmirəl-mömini (Yezidi) sizə hakim edibdir”.

İmam Səccad (ə) buyurdu: “Ey qoca kişi! Quran oxumusan?”.

Qoca dedi: “Bəli”.

İmam Səccad (ə) buyurdu: “Bu ayəni tanıyırsanmı ki, deyir: “Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm»”. (“Şura” 23)?”.

Kişi dedi: “Bəli, mən bu ayəni oxumuşam”.

İmam (ə) buyurdu: “Peyğəmbərin (s) qohumları bizik. Bəni-İsrayil surəsində oxumusan ki, deyir ki, qohumların haqqını əda edin?“Və qohumların haqqını (öz qohumlarının və Peyğəmbərinin (s) qohumlarının haqqını) və yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver”. (“İsra” 26).

Qoca dedi: “Oxumuşam”.

İmam (ə) buyurdu: “Peyğəmbərin (s) qohumları bizik, ey qoca! Bu ayəni oxumusan? “Əgər Allaha və (haqqın batildən) ayrılıq günü – o iki dəstənin (müsəlmanlarla müşriklərin Bədr müharibəsində) toqquşduğu gün Öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin,(kafirlərlə döyüşdən və ya hər hansı bir qazanc vasitəsilə ilə) əşya və mallardan nə qənimət əldə etsəniz, onda, şübhəsiz onun beşdə biri Allahın, Onun Peyğəmbərinin, Peyğəmbərin qohumunun, yetimlərin, yoxsulların və yolda (İslam və müsəlmanlar üçün lazım olan hər bir dini və dünyəvi hədəf yolunda) qalanlarındır”. (“Ənfal” 41).

Kişi dedi: “Bu ayəni də oxumuşam”.

İmam (ə) buyurdu: “Bu ayədə gələn qurba bizlərik. Bəs bu ayəni oxumusan ki, buyurur: “Allaha və (İlahi rəhbərliyə aid məsələlərdə)Onun Rəsuluna itaət edin, həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir”. (“Əhzab” 33)”.

Kişi dedi: “Bu ayəni də oxumuşam”.

İmam (ə) buyurdu: “Ey qoca! Biz həmin Əhli-beytik (ə) ki, Allah təthir ayəsini bizə aid qərar vermişdir”.

Qoca dediyi sözlərdən artıq peşman olmuşdu. İmam Səccad (ə) buyurdu: “Allaha and olsun ki, biz həmin nəsilik”. Qoca kişi ağlayıb tövbə etdi və dedi: “Allahım, biz Ali-Muhəmməd (ə) düşmənlərindən – istər cindən olsun, istər insdən – bezarıq”.

Bu xəbər lənətlik Yezidin qulağına gedib çatır və əmr edir ki, həmin qoca şamlını öldürsünlər.

Bəli, Peyğəmbər (s) bizlərə təkcə Quranı deyil, həm də itrəti yadigar qoyub getmişdir. Bu dəyərli xəzinələr heç bir zaman bir-birindən ayrılmazdır. Biri olmadan o birisinin faydası olmaz.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

10 Rəbius-sani Xanım Fatimeyi-Məsumənin (s) vəfat günüdür.

Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o Xanımın bir sıra xüsusiyyətlərinə toxunacağıq ki, onun şəxsiyyəti və... Davamı..

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.   İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi... Davamı..

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti ✅1). Sizlərə tövsiyə edirəm ki, təqvalı olun və Allahdan qorxun; Quran baxımından insanların bir-birindən təkcə üstün... Davamı..

PEYĞƏMBƏRİN (S) HƏYATI

Peyğəmbərin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in... Davamı..

İmam Həsən Əskəri (ə.s)-ın Şəhadəti

Abbasi xəlifələri və Abbasi iqtidarının nümayəndələri, Əhli-Beyt İmamlarının (ə) on iki nəfər olduğunu və on ikincisinin qeybətdən sonra zühur edib zalımların batil... Davamı..

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..