Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Noyabr 14:23
Şərh Yoxdur
2455

İmam Səccadın (ə) Cabir Ənsari ilə Kərbəlada görüşü

Ərbəin günündə Kərbəla əsirlərinin Kərbəlaya qayıtması ilə bağlı “Tarixi həbibi seyir” kitabında oxuyuruq ki, Yezid (lən) bütün Aşura şəhidlərinin kəsilmiş başlarını İmam Səccada (ə) təslim edir. İmam (ə) da o başları Səfər ayının 20-də öz bədənlərinə qovuşdurur. Sonra isə Mədinəyə qayıdır. Bu xəbərə əsasən demək olar ki, Əhli-Beyt (ə) də İmam Səccadla (ə) birlikdə həmin gündə Kərbəlada olmuşdur.

 

Mötəbər mənbələr xəbər verir ki, İmam Səccad (ə) həmin günü şəhidlərin başlarını bədənlərinə qovuşdurmuşdur. Bu xəbəri verən insanlardan biri də Əbu Reyhan Biruni olmuşdur.

 

Təbəri, “Əmali”də yazır ki, Cabir ziyarət edən zaman Ətiyyə ona deyir ki, Şam yolundan gələnlər vardır. Cabir isə ona deyir ki, get bax gör, kimlərdir? Ətiyyə gəlib deyir ki, Peyğəmbərin (s) hərəmini qarşılamağa hazır ol. Gələnlər İmam Səccad (ə), bacıları və o Həzrətin (ə) bibiləridir.

 

Cabir ayağa qalxır və ayaqyalın onlara tərəf qaçır. İmam Səccada (ə) yaxınlaşan zaman, İmam (ə) ona buyurur: “Sən Cabirsən?”.

Deyir: “Bəli”.

Buyurur: “Ey Cabir! Allaha and olsun ki, bizim kişilər burada qətl olundular, körpələrimizin başı kəsildi, qadınlarımızı əsir götürdülər və xeymələrimizi yandırdılar”.

 

Hər bir halda belə nəticəyə gəlmək olur ki, Əhli-Beyt (ə) əsirləri 61-ci hicri ilində Şamdan geri qayıdan zaman Kərbəla diyarından keçmiş və İmam Hüseyni (ə) ziyarət edərək, şəhidlərin başlarını dəfn etmişdilər. Və onu deyə bilərik ki, onların Kərbəlaya gəlməsi 61-ci Hicri ilində və əsirlikdən qayıtdıqları zamana təsadüf edir. (Həvzəh/Deyerler)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..