“Ey ötdükcə arzuların yerinə yetişməsində yaxınlıq yaranan, onda olan əməllər bol olan ay, salam olsun sənə”.
Biz bu ayda nə istəyəcəyimizi başa düşdük. Ona görə də uzun-uzadı arzularımız yoxdur: Bu elə bir aydır ki, şəri arzuların həyata keçməsi yaxınlaşır.
Mübarək Ramazan ayının səhər duasında da İmam Səccaddan (ə) belə nəql olunur: “İlahi! Səni tanımıyan və Sənə ibadət etməyənlərə ruzi verirsən. İlan və əqrəblər Sənin ruzini yeyirlər. İnsanında da bütün istəklərinin maddiyyatın mehvərində xülasələnməsi heyifdir”.
Allah-Təala dünyada bütün kafir və münafiqlarin ruzisini təmin edir. Heç doğru olarmı ki, insan bütün səylərini Allahdan dünya və təbiət istəməyə sərf etsin? Elə buna görə də İmam (ə) buyurur: “Salam olsun o aya ki, biz bu ayda Allahdan nə istədiyimizi anladıq. Uzun arzularımız olmadı. Sadəcə qalıcı şeylər istədik”.
Müsəlmanlar Mədinəyə hicrət edərkən, Məkkə kafirləri onlara mallarını özləri ilə aparmağa, yaxud orada satmağa icazə vermədilər. Dedilər ki, əgər getmək istəyirsinizsə, o zaman əliboş gedəcəksiniz. Həmin vaxt bu ayə nazil oldu:
وَكَأَيِّنْ مِنْ دَابَّةٍ لَا تَحْمِلُ رِزْقَهَا اللَّهُ يَرْزُقُهَا وَإِيَّاكُم
“Bir çox canlılar var ki, öz ruzilərini əldə edə bilmirlər. Onlara da, sizə də ruzini Allah verir”.[1]
Bu ayə nazil olandan sonra müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdilər və dedilər: “Biz özümüzlə ruzilərimizi də daşımarıq, Məkkənin Allahı Mədinənin də Allahıdır. Bizi Məkkədə təmin edən Mədinədə də təmin edəcək”. Bunu deyib Mədinəyə əliboş hicrət etdilər. Onlara «mühacirlər» deyildi. Allah da onları təmin etdi. İnsanın ruhu yüksək olmazsa, günü xoş keçməz. Əgər yüksək və əzəmətli ruha sahib olarsa, cahanda heç vaxt acı çəkməz.
İmam Səccad (ə) buna görə buyurur ki, biz bu ayda Allahdan nə istəyəcəyimizi bildik, arzularımızın qarşısını aldıq və ancaq ibadət etməklə məşğul olduq.
[1] «Ənkəbut» surəsi, ayə 60.