Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Noyabr 16:05
Şərh Yoxdur
5867

İmam Rzanın (ə) bizlərə salamı və tövsiyələri

İmam Rza (ə) Əbdüləzim Hüseyni (ə) vasitəsilə insanlara bu xəbəri çatdırır və buyurur: “Bizim davamçılarımıza və dostlarımıza salam çatdır. Özlərinə şeytanın yolunu açmasınlar… ”.

Bu şeytan televizor da ola bilər, internet də, dost da, hansısa kitab da, nəfsani meyllər də…

İmam Rza (ə) buyurur ki, şeytanı qoymayın ki, ruhunuza nüfuz etsin. Şəxsi əlaqənizdən tutmuş mütaliə etdiyiniz kitablara qədər. Haram mal, haram qazanc kimi. Bu haram mal şeytan üçündür. Çünki haram mal həm insanı məhv edər və həm nəslini.

Şeytanın yollarından biri – yalan danışmaqdır. Düz danış, müəllim düz danışsın, tacir düz danışsın, həkim düz danışsın. Əgər bir şeyi bilmirsənsə, de ki, bilmirəm. Heç bir eybi yoxdur. Necə ki, Allah Peyğəmbərə buyurur ki, belə desin: “De: «Mən bilmirəm”. (“Cinn” 25).

İmam Rza (ə) buyurur: “İnsanlara de ki, xəyanət etməsinlər”.

İmamın bizlərə tövsiyə etdikləri:

1. Şeytanın yolunu açmayaq.

2. Danışan zaman düz danışaq.

3. Əmanətə xəyanət etməyək.

4. Sükut etmək və yersiz söz danışmamaq.

5. Bir-birimizi görməyə gedək. İmam (ə) bizlərə tövsiyə edir ki, bir-birimizi görməyə gedək və bir-birimizdən küsməyək. İmam (ə) buyurur: “Nə zaman bir-birinizi görməyə gedirsiniz, mənə yaxın olursunuz. Bir-birinizin yanında əyləşəndə mən ləzzət alıram”.

6. İmam (ə) insanlara tövsiyə verməklə yanaşı, bəzilərini nifrinləyir və buyurur: “Mən nifrin edirəm o kəsə ki, Əhli-beyt (ə) davamçılarının abrını aparar. Öhdəmə götürmüşəm ki, əgər kimsə möminin abrını tökərsə, dua edərəm ki, dünyada bədbəxtliyə düçar olsun”.

7. İmam (ə) buyurur: “Allah Əhli-beyt (ə) davamçılarından iki dəstəni bağışlamaz: müşrik olanı və ürəyi bədbin olanı”. Bədbin – yəni, ürəyində istəyir ki, həmin insan məhv olsun. Allah bu cür insanı bağışlamaz. Hər kim möminə əziyyət verər, Allah iman ruhunu ürəyindən alar.

Əgər İmamın (ə) bu tövsiyələrinə əməl etsək, cəmiyyətimizdəki çox sayda problemlərin qarşısını alar və daha xoşbəxt bir həyatda yaşa bilərik.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..