Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 May 02:57
Şərh Yoxdur
763

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir:
قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ المَوالِيَ إذا رَكِبتَ أخرَجوكَ مِنَ البابِ الصَّغيرِ، فَإِنَّما ذلِكَ مِن بُخلٍ مِنهُم لِئَلاّ يَنالَ مِنكَ أحَدٌ خَيرًا، وأسأَلُكَ بِحَقّي عَلَيكَ لا يَكُن مَدخَلُكَ ومَخرَجُكَ إلاّ مِنَ البابِ الكَبيرِ، فَإِذا رَكِبتَ فَليَكُن مَعَكَ ذَهَبٌ وفِضَّةٌ، ثُمَّ لا يَسأَلُكَ أحَدٌ إلاّ أعطَيتَهُ، ومَن سَأَلَكَ مِن عُمومَتِكَ أن تَبِرَّهُ فَلا تُعطِهِ أقَلَّ مِن خَمسينَ دينارًا والكَثيرُ إلَيكَ، ومَن سَأَلَكَ مِن عَمّاتِكَ فَلا تُعطِها أقَلَّ مِن خَمسَةٍ وعِشرينَ دينارًا والكَثيرُ إلَيكَ، إنّي إنَّما اُريدُ بِذلِكَ أن يَرفَعَكَ اللّهُ، فَأَنفِق ولا تَخشَ مِن ذِي العَرشِ إقتارًا
İmam Rzanın (ə) oğlu İmam Cavada (ə) məktubunu oxuyurdum və orada belə yazılmışdı: “Ey Əbu Cəfər (İmam Cavadın künyəsidir), mənə xəbər çatıb ki, (evdən çıxıb) miniyinə mindikdə, xidmətçilərin səni kiçik (arxa) qapıdan yola salırlar. Bu da ki, onların paxıllıqları üzündəndir. Onlar istəmirlər ki, sənin bir kəsə xeyrin dəysin. Üzərində olan haqqımı nəzərə alıb, sənə böyük (giriş) qapıdan get-gəl etməyi tapşırıram Hər dəfə evdən çıxdıqda, özünlə müəyyən qədər qızıl-gümüş (pul) götür ki, səndən bir şey istəyəni əliboş qaytarmayasan. Əmilərindən sənə ehtiyacı olana əlli dinardan az pul vermə, artığını isə özün bilərsən. Bibilərindən də sənə ehtiyacı olana iyirmi beş dinardan az pul vermə, ondan çoxu isə sənə aiddir. Arzum budur ki, bu işlərlə Allah-Taala səni ucaltsın. Malını (Allah yolunda) xərc et və ərş sahibi (Allah) tərəfindən də yoxsulluq qorxusu keçirmə!” (“Əl-kafi”, c.4, səh.34, hədis 5.)
Digər “Mənəviyyat ” Xəbərləri

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..