Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 İyul 09:09
Şərh Yoxdur
9657

İmam Rzadan (ə) 20 hədis

1 Hədis: Mömində 3 xüsusiyyət olmasa, o həqiqi mömin deyil: bir sünnə Allahdan, bir sünnə peyğəmbərdən, bir sünnə imamdan. Allahın sünnəsindən: sirrini gizli saxlamaq; Peyğəmbər (s) sünnəsindən: insanlarla müdara və xoş davranış; İmam (ə) sünnəsindən: yoxsulluq və qəm-qüssə zamanı səbir.

2 Hədis: Gizli yaxşı əməlin 70 qat artıq mükafatı var. Pis işi aşkarlayan rüsvay olar, gizləyənin günahları bağışlanar.

3 Hədis: Təmizlik və paklıq peyğəmbərlərin əxlaqındandır.

4 Hədis: Etibarlı (əmin) insan sənə xəyanət etməz. Sən səhvən xaini etibarlı saymısan.

5 Hədis: Böyük qardaş ata yerinədir.

6 Hədis: Hər bir insanın dostu ağıl, düşməni cəhalətdir.

7 Hədis: Bir şəxsin iştirak etdiyi yerdə adını çəkərkən hörmət olaraq künyəsini (vasitəli adını) dilə gətirin. İştirakı olmayan yerdə adını çəkmək olar.

8 Hədis: Həqiqətən, Allah qeylüqal, tələf, çox ağız açmağa pis baxır.

9 Hədis: Müsəlman şəxsin ağlı 10 xüsusiyyətlə kamil olar:
-ondan xeyir gözlənilsin;
-insanlar onun pisliyindən amanda qalsın;
-başqasının kiçik yaxşılığını böyük saysın;
-öz böyük yaxşılığını kiçik bilsin;
-ona çox ağız açılsa narazı qalmasın;
-ömür boyu öyrənməkdən yorulmasın;
-Allah yolunda yoxsulluğu var-dövlətdən üstün tutsun;
-Allah yolunda zəlilliyi əks yolda əzizlikdən üstün bilsin;
-Tanınmamağı ad-sandan üstün saysın;
-Gördüyü adamı özündən üstün, təqvalı saysın .

10 Hədis: İmam Rzadan (ə) soruşdular ki, siflə nədir? Buyurdu: “İnsanda onu Allahdan ayıran nə varsa siflədir.

11 Hədis: İman İslamdan bir dərəcə yuxarıdır.Təqva isə imandan bir dərəcə yüksəkdir. Amma Adəm övladına yəqindən üstün bir şey verilməyib.

12 Hədis: İzdivac, ailə həyatı qurarkən süfrə açmaq, qonaqlıq vermək sünnədir.

13 Hədis: Bir qurtum su ilə də olsa qohumluq əlaqələrini bərpa edin. Qohumluqda ən yaxşı iş qohumu incitməməkdir.

14 Hədis: İmam Rza (ə) daim səhabələrinə tapşırardı: “Peyğəmbərlərin silahını yaddan çıxarmayın!” Soruşulanda ki, bu silah nədir, buyarardı: “Dua!”

15 Hədis: Helm və elm, dini dərketmənin əlamətlərindəndir. Susmaq hikmət qapılarındandır. Sükut hər bir xeyir işdə bələdçidir.

16 Hədis: Elə bir dövr gələcək ki, salamatçılıq on şeydə olacaq: doqquzu xalqdan, cəmiyyətdən uzaqlıq, biri sükut, susmaq!

17 Hədis: İmam Rzadan (ə) təvəkkülün nə olduğunu soruşdular. Buyurdu: Yəni Allahdan başqasından qorxmamaq!

18 Hədis: Həqiqətən, insanların ən pisi o şəxsdir ki, yaxınlarını xalqdan uzaqlaşdırar, süfrəyə tək oturar, tabeçiliyində olanı vurar.

19 Hədis: Xəsisin rahatlığı, paxılın xoş saatı, hakimin vəfası, yalançının mərdliyi olmaz.

20 Hədis: Allaha qarşı nikbin ol, Ona ümid et. Allah bəndəsinə onun münasibəti əsasında yanaşar. Az ruziyə qane olanın az əməlindən razı qalar. Halal və az ruziydən razı qalan adamın yükü yüngül olar, ailəsi nemət içində yaşayar, Allah dünyanın dərdi və dərdin çarəsinə onun gözünü açar, onu dünyadan behiştə sağ-salamat çatdırar.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM ƏLİNİN (Ə) HƏYATI

Adı Əli (ə), atasının adı Əbu Talib, anası Fatimə binti Əsəd, doğulduğu yer Məkkədə yerləşən Kəbə evi, doğulduğu tarix Peyğəmbərin (s) hicrətindən,... Davamı..

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..