Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 May 17:10
Şərh Yoxdur
5068

İmam Mehdinin (ə.f) zühur məkanı hara olacaqdır?

Məhdəviyyat mövzusu həmişə aktual mövzulardan olmuş və bu haqda çoxlu suallar yaranmış və yaranmaqdadır.

 

Bu suallardan biri də budur ki, İmam (ə.f) ilk olaraq harada zühur edib görünəcəkdir?

 

Bu sualın cavabını bizə hədislərimiz verir. Bu hədislərin əksər hissəsi buyurur ki, İmam Məhdi (ə.f) Məscidul-Haramda və Kəbənin kənarında zühur edəcəkdir. İmamın (ə.f) 313 nəfər yaxın dostları və davamçıları məqamın kənarında Həzrətlə (ə.f) beyət edəcəkdir. Bu zaman 10 minlik ordu təkmil olacaqdır.

İmam (ə.f) on min nəfərlik ordu ilə birlikdə Məkkədən hərəkət edəcəkdir.

 

Mufəzzəl İmam Sadiqdən (ə) soruşur: “Ey mənim ağam! Həzrət Məhdi (ə.f) harada və necə zühur edəcəkdir? Həzrət (ə) buyurur:“Ey Mufəzzəl! O tənha halda zühur edəcəkdir. Tənha halda Kəbənin kənarına gələcəkdir. Tənha halda gecəni orada keçirəcəkdir”. (Tebyan/Deyerler)

 

Başqa hədisdə oxuyuruq: “O zaman ki, Məhdi (ə) gələcək, Məscidul-Harama gedəcəkdir. Üzü qibləyə və arxası İbrahim məqamına dayanacaqdır. İki rükət namaz qılacaqdır. Sonra fəryad çəkəcəkdir: “Ey insanlar! Mənəm İmamın (ə) yadigarı, Nuhun (ə) yadigarı, İbrahimin (ə) yadigarı, İsmayilin (ə) yadigarı… Mənəm Musanın (ə), İsanın (ə) və Muhəmmədin (s) yadigarı. Mənəm Quranın sahibi və sünnəti dirçəldən!””.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..