Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Yanvar 09:21
Şərh Yoxdur
4533

İmam Mehdi (ə.f) tərəfdaşlarının “bulud kimi toplaşması” nə deməkdir?

İmam Əli (ə) “Nəhcul-bəlağə”də İmam Zaman ağanın (ə.f) dostlarının və tərəfdaşlarının sifətlərini bəyan etmişdir ki, onlarla tanış olaq:

 

İmam Əli (ə) buyurur: “Onun davamçıları payız buludları kimi toplaşarlar”.

 

Təfsirçilərin nəzərinə görə, İmam işarə edir ki, İmam Məhdinin (ə.f) tərəfdaşları mənəvi cəhətdən o qədər yüksələcəklər ki, teyyul-ərz vasitəsilə özlərini Kəbə evinə çatdıracaqlar.

 

İmam Əli (ə) payız buludu dedikdə, onların sürətini də nəzərdə tutur ki, necə sürətlə İmamın (ə.f) ətrafında toplaşacaqlar.

 

Həzrət (ə) başqa yerdə buyurur: “Bir dəstə fitnələri əzmək üçün hazır olacaqdır və qılınc kimi cilalanmışdılar. Gözləri Quranla aydınlanıbdır. Qulaqlarında Quran təfsiri səslənər. Səhər və axşam cağı hikmət libasını başlarına çəkərlər”(Tebyan/Deyerler)

 

İmam Əli (ə) bu nurani kəlamında iki mühüm xüsusiyyətə işarə etmişdir.

 

1. Bu insanlar fitnələri əzmək üçün hazırlığa malikdirlər. Hər kim fitnəni əzməyə hazır olar, onun açıq bəsirəti, vəziyyəti düzgün dəyərləndirmək qabiliyyəti və lazım olan zamanda lazım olan əməlləri  yerinə yetirmək məharəti olar. Ona görə də hər kim İmamın (ə.f) dostlarından olmaq istəyirsə,gərək bu deyilən sifətlərə malik olsun.

 

2. Gözləri Quranla aydınlanıb və qularları Quran təfsirini eşidir. Yəni, hər kim İmama (ə.f) aşiqdir, gərək Quranla yaxın olsun. Çünki Quran insanı cəhalətdən uzaqlaşdırar, qəlbini pak edər və bəsirətini açar.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..