Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 Fevral 11:44
Şərh Yoxdur
4996

İmam Mehdi (ə.f) doğulmazdan qabaq onun haqqında yazılmış kitablar

Həzrət Mehdi əleyhissəlamın qeybə çəkilməsi, daha sonra isə qiyam edəcəyi İslam aləmində o qədər qəti olmuşdur ki, onun haqqında çoxlu sayda kitablar yazılmış, hətta bu kitabların bəzilərinin yazılma tarixi o Həzrətin doğulmasından qabaqkı tarixə aiddir. Məsələn, şiə məzhəbinin görkəmli hədisçilərindən biri olmuş Həsən ibn Məhbub Zərrad (vəfatı hicri 224-cü ildə) böyük qeyb dövründən yüz il qabaq “Əl-Məşixə” kitabını yazmış və həmin kitabda İmam Mehdi əleyhissəlamın qeybə çəkiləcəyi haqqında olan hədisləri qeyd etmişdir.[1]

Mərhum Təbərsi yazır ki, şiə hədis söyləyənləri İmam Baqirlə (ə) İmam Sadiqin (ə) zamanında qeyb dövrünü vurğulayan hədisləri öz əsərlərində qeyd etmişlər.[2]

Həmçinin, İmamların bəzi səhabələri İmam Mehdi (ə.f) və onun qiyamı barədə kitab yazmışlar. O cümlədən İbrahim ibn Saleh Ənmati[3] (İmam Baqir əleyhissəlamın səhabəsi), Həsən ibn Məhəmməd ibn Səmaə[4] (İmam Kazim əleyhissəlamın səhabəsi), Məhəmməd ibn Həsən ibn Cümhur[5] (İmam Rza əleyhissəlamın səhabəsi), Əli ibn Məhziyar[6] (İmam Cavad əleyhissəlamın səhabəsi) və Fəzl ibn Şazan Nişaburini[7] (İmam Rza (əleyhissəlam), İmam Cavad (əleyhissəlam) və İmam Əliyyən-Nəqi əleyhissəlamın səhabəsi) qeyd etmək olar.

 

www.ahliman.info

[1] Ə’lamül-vəra, səh. 443–444.

[2] Ə’lamül-vəra, səh.443.

[3] Fihrist, səh.14.

[4] Fihristi-əsmai-müsənnifiş-şiə, səh.11.

[5] Əl-Qeybət, səh.284.

[6] Fihristi-əsmai-müsənnifiş-şiə, səh.178.

[7] Fihristi-əsmai-müsənnifiş-şiə, səh.17.

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..