Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 İyun 10:57
Şərh Yoxdur
3315

İmam Məhdinin (ə.f) zühurundan sonra kasıblar olacaqmı?

İmam Zaman (ə) zühur edəndən sonra insanların qəlbi hər şeydən ehtiyacsız olacaqdır. İmamın (ə.f) ədaləti o qədər geniş olacaqdır ki, carçıya əmr edəcəkdir ki, hər kim mal-dövlətdən nə istəyirsə, gəlib götürsün. Heç kəs ayağa qalxmayacaqdır.

 

Zühur zamanında bərəkət səmadan yağacaqdır. Səma öz səxavətini bütün bəşərə göstərəcəkdir. Hədislərin nəzərinə görə təqvaya riayət etmək, ədaləti yerinə yetirmək, ayrı-seçkiliyi aradan qaldırmaq – nemətin nazil olmaq şərtləridir. Belə ki, Quran ayəsində oxuyuruq:“Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq.

Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq”. (“Əraf” 96).

 

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim, Məhdinin (ə.f) zühuru zamanında elə nemətlər əldə edəcəklər ki, ondan əvvəl heç bir dövrdə əldə etməmişdilər. O ruzigarda səma çoxlu yağış yağdıracaqdır. Torpaq heç bir cücərəni qəlbində saxlamayacaqdır”.

 

İmamın (ə.f) zühurundan sonra hamının qəlbi tox olacaqdır və heç kəs ehtiyac hiss etməyəcəkdir. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “İmam Zamanın (ə.f) zühuru dövründə Peyğəmbər (s) ümmətinin qəlbi ehtiyacsızlıqla dolu olacaqdır. Yəni, hamı qəlbən ehtiyacsızlıq hiss edəcəkdir. İmam Zamanın (ə.f) ədaləti hər yerə yayılacaqdır, o yerə qədər ki, carçıya əmr veriləcəkdir ki, cəmiyyət içində car çəksin: “Hər kimin nəyə ehtiyacı vardırsa, gəlib götürsün. Bir nəfər ayağa qalxacaq, gəlib maldan götürəcəkdir. Ancaq sonra peşman olacaqdır ki, (bu malla) nə etmək istəyirəm. Onu geri qaytaracaqdır”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..