Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Yanvar 15:47
Şərh Yoxdur
3080

İmam Hüseynin (ə) yoxsul insana 3 sualı

Bir yoxsul insan ki, diyə verməyə vəzifələndirilmişdi, möhtac olduğu üçün İmam Hüseynin (ə) yanına gəlir və deyir: “Ey Allah Rəsulunun (s) oğlu! Mən qanın dəyərini üzərimə götürmüşəm, ancaq onu ödəməyə gücüm çatmır. Öz-özümə düşündüm və kərim insandan yardım  istəməkdən başqa yol tapmadım. Sizi, əsrimizin ən kərim insanı kimi tanıtdılar. Sizə qarşı ehtiyac əlimi açıram və sizdən ehsan ümidim vardır”.

 

İmam (ə) buyurdu: “Ey ərəb qardaş! Mən sənə üç sual verəcəyəm. Əgər birincisinə cavab versən, həmin pulun üçdə birini sənə verəcəyəm. Əgər ikisini həll etsən, üçdə ikisini verəcəyəm. Əgər sualın üçünə də cavab versən, bütün məbləği almağa layiq olacaqsan”.

Həmin şəxs dedi: “Ey Allah Rəsulunun (s) oğlu! Sizin kimi aqil bir insan mənim kimi nadana sual verəcək? Siz elm və şərafət nəslindənsiniz”.

 

İmam Hüseyn (ə) buyurdu: “Mən cəddimdən eşitmişəm ki, buyurub: “İnsanlara yaxşılıq, onların mərifət və tanıma həddinə görədir””.

Həmin şəxs dedi: “Onda, nə istəyirsinizsə soruşun. Əgər bələd olsam, cavab verəcəyəm. Əks halda sizdən istifadə edəcəyəm”.

 

İmam (ə) soruşur: “Hansı əməlin fəziləti daha çoxdur?”.

Deyir: “Allaha imanın”.

 

İmam (ə): “Giriftarlıqdan çıxış yolu nədir?”.

Deyir: “Allaha etimad etmək”.

 

İmam (ə): “Bir kişinin həqiqi gözəlliyi nədədir?”.

Deyir: “Mülayimlik və səbirlə birlikdə olan elm”.

 

İmam (ə): “Əgər o, olmasa?”.

Deyir: “İnsafla olan sərvət”.

 

İmam (ə): “Əgər o, olmasa?”.

Deyir: “Səbirlə birlikdə olan yoxsulluq”.

 

İmam (ə): “Əgər o, olmasa?”.

Deyir: “Bu halda yaxşıdır ki, səmadan bəla nazil olsun və bu cür insanı məhv etsin. O, buna layiqdir”.

 

Bu zaman İmam (ə) gülümsədi və min dinar məbləği ona verdi. 200 dirhəm dəyəri olan üzüyünü çıxardıb ona əta etdi və buyurdu: “Bu pulu borclu olduğun şəxslərə ver və üzüyü də öz şəxsi ehtiyacların üçün sərf et!”. (Həvzəh/Deyerler)

 

Həmin şəxs sevinərək, İmamın (ə) hədiyyələrini aldı və bu ayəni oxuyub, İmamın (ə) xidmətindən çıxdı: “Allah Öz risalətini harada yerləşdirəcəyini daha yaxşı bilir”. (“Ənam” 124).

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM ƏLİNİN (Ə) HƏYATI

Adı Əli (ə), atasının adı Əbu Talib, anası Fatimə binti Əsəd, doğulduğu yer Məkkədə yerləşən Kəbə evi, doğulduğu tarix Peyğəmbərin (s) hicrətindən,... Davamı..

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..