Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Avqust 13:53
Şərh Yoxdur
2719

İmam Hüseynin (ə) nəzərində ibadət edənlərin 3 dəstəsi

Bəşər insanları çox vaxt öz mənfəətlərini güddükləri üçün Allahı mehriban bir ata kimi təsəvvür edirlər ki, ondan hər nə istəsən, sənə verəcəkdir.

Bu mənfəət hissinə görə Ona ibadət edir və pərəstiş edirik. Əlbəttə, yaxşıdır ki, hacətlərimizi ancaq Allahdan istəyək və başqasına ağız açmayaq. Ancaq onu da bilməliyik ki, belə bir ibadətlə kifayətlənmək – yüksək səviyyəli ibadət deyil.

Əgər biz bu dərəcədə qərar tuturuqsa, ibadətin hələ ibtidai sinifində qərar tuturuq.

İmam Hüseyndən (ə) gələn nurani hədisdə oxuyuruq ki, Həzrət (ə) ibadət edənləri 3 dəstəyə bölür: “Bir dəstə behişt şövqünə görə Allaha ibadət edərlər, bu, tacirlərin ibadətidir. Bəziləri cəhənnəm qorxusundan Allaha ibadət edərlər və bu, qulların ibadətidir. Bir dəstə isə nə behiştin şövqündən və nə də cəhənnəm qorxusundan, şükür səbəbindən və Allahı ibadətə layiq bildiyi üçün Ona pərəstiş edərlər. Bu, azadilərin ibadətidir”.

İbadət – mərifət və elmin səmərəsidir. Ona görə də üçüncü dəstədə olan insanların sayı çox azdır. Adətən insanlar Allaha tacir və qul kimi ibadət edərlər. Ona görə də insanların çoxu sübh namazına cəzadan qorxduqları üçün qalxarlar. Çünki bilirlər ki, əgər tərk olunsa, ağır cəza alacaqlar. Ona görə də gecə namazı qılanların sayı da azdır.

Halbuki, İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Allah Təala peyğəmbərinə (Musaya (ə)) xitab edir: “Ey İmranın oğlu! Yalan deyir o kəs ki, Məni sevdiyini zənn edir, ancaq axşamdan səhərə qədər yuxudadır. Məgər hər bir sevən istəməz ki, Məhbubu ilə xəlvət etsin?”.

Bir çoxlarımız Allahı bizə verdiyi nemətlərinə görə sevirik, çünki nemətlərindən ləzzət alırıq. Ancaq əslində özümüzü sevirik.

Lakin Allahın elə bəndələri vardır ki, ancaq Allahı sevirlər. Bunlar İlahi övliyalardırlar və hətta Məhbubları onlara qəzəblənsə, sevgiləri azalmaz.

İmam Əli (ə) Allahla etdiyi münacatında buyurur: “Allahım, əgər məni cəhənnəmə də aparsan, cəhənnəm əhlinə deyəcəyəm ki, Səni sevirəm”.

Bəs necə abid olaq?

Həzrət Peyğəmbər (s) Əbuzərə buyurur: “Bil ki, Allaha ibadətin ilk addımı – Onu tanımaqdır. Sonra mənə iman bəsləmək və sonra etiraf etmək ki, Allah Təala məni insanlara tərəf ona görə göndərib ki, onlara Allahın əmrini çatdıram. Allaha tərəf çağıram və yanan çırağam. Sonra mənim Əhli-beytimi (ə) sevmək ki, Allah napaklıqları onlardan aparmış və onları pak və pakizə etmişdir”(Tebyan/Deyerler)

İmam Əli (ə) Haris Həmədaniyə yazdığı məktubda buyurur: “Nəfsini ibadət etmək üçün aldat və onunla mehriban ol. Zorla onu ibadətə vadar etmə. Məgər o vacibatlar ki, sənə vacib edilmişdir. Onları gərək vaxtında yerinə yetirəsən və onlara nəzarət edəsən”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..