Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 İyul 10:32
1 Şərh
3063

İmam Hüseynin (ə) intiqamını istəmək niyə böyük savabdır?

İmam Zaman ağanın (ə.f) zühurunu tezləşdirə bilən amillərdən biri də İmam Hüseynin (ə) qanının intiqamını istəməkdir. Bu, elə bir işdir ki, Allahdan başqa heç kəs onun savabının qədərini bilməz. Çünki onun qanının intiqamını istəyən Allahdır. Necə ki, ziyarətnamədə oxuyuruq:“Salam olsun sənə, ey o kəs ki, Allah qanının intiqamını istəyir və o kəsin oğlu ki, qanının intiqamını alan Allahdır”.

İmamın (ə) qanının intiqamını istəmək hər bir müsəlman üçün lazımlıdır. Çünki İmam Hüseyn (ə) hər bir möminin mənəvi atasıdır (Əba Abdullah olduğu üçün). “Aşura” ziyarətində oxuyuruq: “Allahdan istəyirəm ki, mənə elə bir gün inayət etsin ki, öz qanımın intiqamını hidayət İmamı (ə.f) ilə aşkar edim”. Hər bir mömin özünü İmamın (ə) qanının intiqamını alan kimi hesab etməlidir.

İntiqam almağın bir neçə növü vardır:

1. İntiqam sahibi güc və qüvvəyə, iqtidara malik olar və əlinin altında olanlara əmr edər ki, qatili öldürsünlər və bu yolla məzlumun qanının intiqamını alar.

2. Özü həmin qatili öldürsün. Allah bu iki yolla İmamın (ə) qanının intiqamını alar, çünki intiqam sahibi Özüdür.

Bir çox hədislərdə oxuyuruq ki, Allah Təala Həzrət Qaimə (ə.f) əmr edir ki, İmam Hüseynin (ə) qanının intiqamını alsın. İmam Sadiq (ə) nəql edir ki, Allah Təala buyurub: “O kəs ki, məzlumu öldürülər, onun vəlisi üçün hakimiyyət qərar verərik ki, öldürməsində israf etməsin. O, Qaim (ə.f) Ali-Muhəmməddir (ə) ki, qiyam edəcək. Hüseyn ibn Əlinin (ə) qanının intiqamını alacaq. …”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..

“Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumə (ə.s.)

1. Adı və ləqəbi: Həzrət Məsumənin (s.ə) adı Fatimədir. Məsumə onun məşhur ləqəbidir ki, təqva sahibi olduğundan İmam Kazimin (ə) qızları arasında... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında... Davamı..

Cismlərinin qidalanmasında ciddi və diqqətlidirlər, amma…

İmam Həsən (ə) buyurmuşdur: عَجَبٌ لِمَنْ يَتَفَكَّرُ في مَأكُولِهِ كَيْفَ لا يَتَفَكَّرُ في مَعْقُولِهِ فَيُجَنِّبُ بَتْنَهُ ما يُوْذِيهِ وَيُودِعُ صَدْرَهُ ما يُرْدِيهِ... Davamı..

Yarışın finalı

İmam Həsəni-Müctəba (ə) FİTR bayramı günü oynayan, zarafatlaşan və gülən bir qrup insanı görərkən buyurdu: إنّ اللّه جعل شهر رمضان مضمارا لخلقه،... Davamı..