Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 İyul 12:17
Şərh Yoxdur
3560

İmam Hüseynin (ə) bərzəx aləmindəki şəfaəti

Həzrət Seyyidi-şühəda (ə) öz davamçıları can verən zaman başlarının üzərinə gəlib onlara yardım etdiyi kimi, bərzəx aləmində də onların fəryadına çatacaqdır.

Hacı Şeyx Abbas Quminin oğlu mənim üçün (Ustad Ənsari üçün) nəql edir: “O zaman ki, atamı Nəcəfdə dəfn etdilər, yuxu aləmində onu ziyarət etməyə nail oldum. Onun halını soruşdum. O, sevincli üzlə mənə dedi: “O zamandan ki, bərzəxə daxil olmuşam, indiyə qədər məni üç dəfə Seyyidi-şühədanın (ə) yanına aparıblar. Mən də onu ziyarət etmişəm””. (Erfan/Deyerler)

Şəhid Mütəhhəri Ayətullah Hacı Mirzə Əli Şirazı barəsində yazır: “Bir gün o, dərs otağında göz yaşları saqqalından axa-axa bizə yuxusunu nəql etmişdi. O, demişdi: “Mən gördüm ki, ölümüm gəlib çatıbdır və ölməyi bizə təsvir etdikləri kimi gördüm. Özümü bədənimdən ayrı gördüm və müşahidə etdim ki, bədənimi qəbiristanda dəfn etmək üçün aparırlar. Sonra məni qəbrə qoyub dəfn etdilər. Mən tək qaldım. Başıma nələrin gələcəyindən nigaran idim. Anidən ağ rəngli it gördüm ki, qəbrə daxil oldu və hiss etdim ki, bu it mənim tünd və kobud rəftarlarımdır ki, bu cür təcəssüm olmuşdur. Bu zaman çox nigaran oldum və qoxdum ki, bu it mənə zərər vuracaqdır. Elə o halda idim ki, Seyyidi-şühəda (ə) gəldi və mənə buyurdu: “Nigaran olma, mən onu səndən ayıraram””.

Allahla Seyyidi-şühəda (ə) arasında qırılmaz bağlar vardır və bu bağlar aşiqlə məşuqun bağına bənzəyir. Ona görə də hər kim İmam Hüseyn (ə) müsibətinə görə qəmlənər və göz yaşı tökər, Allah yanında məqamı yüksələr və mənəvi kamala çatar. Çünki İlahi qürbə çatmaq üçün bu, ən yaxın yoldur. Hələ ki, fürsət var, siz də ondan faydalanın.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..