Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 Oktyabr 15:15
Şərh Yoxdur
3845

İmam Hüseynin (ə) türbətinə səcdə etmək, yeddi qatlı pərdələri aradan aparar

İmam Hüseyn (ə) türbəti üçün bəyan olunan bərəkətlər, heç bir başqa türbət üçün bəyan edilməmişdir. Kərbəla torpağı behiştin bir parçasıdır. Allah hər şeyi Onun yolunda qurban verən bu fədakar İmamın (ə) yatdığı torpağı bərəkətli və fəzilətli qərar vermişdir. (Şiə-nyus/Deyerler)

Nəql edilir ki, İmam Hüseyn (ə) qəbrinin üstünə su borusu qoydular, suyu açdılar və bu su ancaq 40 gündən sonra aşağı yatdı. Qəbir aradan getdi və Bəni-Əsəddən olan bir nəfər gəldi və torpaqdan ovuc-ovuc götürdü. İyləyərək İmamın (ə) qəbrini tapdı. Onun qəbirini öpüb ağladı və dedi: “Atam-anam sənə fəda olsun. Nə qədər xoş ətirlisən ki, qəbirin və türbətin də belə xoş ətirlidir”.

İnsan əgər bədənini və üzünü türbətə sürtərsə, ona mənəvi təsir qoyar. Bəzi din alimləri və Məsum İmamlar (ə) namazlarını Kərbəla möhürü ilə qılar və sonra da üzlərini bu türbətlə təbərrük edərdilər. Həmçinin nəql edilir ki, əgər türbəti şəfa niyyəti ilə yemək istəyirsinizsə, əvvəlcə onu öpün və bədəninizə sürtün.

İmam Hüseyn (ə) türbətində səcdə etmək Allahla olan pərdələri kənara çəkər və insanı zülmətdən xilas edər. İmam Sadiq (ə) buyurur: “Həqiqətən İmam Hüseyn (ə) türbətinə səcdə etmək yeddi qatlı pərdələri parçalayar”. Həmçinin başqa hədislərdə oxuyuruq ki, hər kim Kərbəla möhürü ilə namaz qılarsa, Allah Hüseynə (ə) xatir bu namazları qəbul edər. İmam Sadiq (ə) də özü ilə Kərbəla türbəti gəzdirər və səcdə etmək istəyən zaman türbətin küsəsini açar və ona səcdə edərdi.

İmam Hüseyn (ə) türbətinin başqa bir bərəkəti – onun şəfaverici olmasıdır. Buna dair üç nəzər vardır:

1. Türbət məhz İmamın qəbrindən götürülməlidir. Belə ki, İmam Sadiq (ə) buyurur: “Həqiqətən, İmam Hüseynin (ə) başının yanında qırmızı türbət vardır ki, ölümdən başqa hər dərdin şəfasıdır”.

2. Qəbirlə on mil məsafədə olan torpaq türbət sayılır. İmam Sadiq (ə) buyurur: “İmam Hüseyn (ə) qəbrinin hərəmi qəbrin hər dörd tərəfindən beş fərsəxdir”.

3. Mütləq şəkildə türbətin şəfa olduğu bəyan olunur. Belə ki, İmam Sadiq (ə) buyurur: “İmam Hüseyn (ə) məzarının torpağı hər dərd üçün şəfadır”.

İmam Zaman (ə) buyurur: “Hər kim İmam Hüseyn (ə) türbətindən olan təsbehi əlinə götürər və zikri unudar, zikrin savabı onun üçün yazılmış olar”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..

“Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumə (ə.s.)

1. Adı və ləqəbi: Həzrət Məsumənin (s.ə) adı Fatimədir. Məsumə onun məşhur ləqəbidir ki, təqva sahibi olduğundan İmam Kazimin (ə) qızları arasında... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında... Davamı..