Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Oktyabr 09:57
8 Şərh
6507

İmam Hüseynin (ə) mübarək başı harada dəfn olunmuşdur?

İmam Hüseynin (ə) mübarək başının harada dəfn olunması ilə bağlı nəzər ayrılıqları vardır. Bəziləri Kərbəlada, bəziləri Nəcəfdə, bəziləri Mədinədə, bəziləri Dəməşqdə və hətta Qahirədə belə dəfn edildiyini iddia edirlər.

Seyyid ibni Tavus “Luhuf”da yazır: “Nəql edilir ki, İmam Hüseynin (ə) başını Kərbəlaya qaytardılar və Kərbəlada mübarək bədəni ilə birlikdə dəfn etdilər. Əhli-Beyt (ə) tayfası da dediyimiz bu mənanı qəbul edir”. Bu kəlamdan belə başa düşmək olur ki, Əhli-Beyt (ə) davamçılarının əqidəsinə görə İmamın (ə) mübarək başı bədəni ilə birlikdə dəfn olunmuşdur.

Şeyx Təbərsi “Tacul məvalid” kitabında yazır: “Bəzi imamiyyə səhabələri deyirdilər: “İmam Hüseynin (ə) başı Şamdan gətirilmiş və Həzrətin Kərbəlada olan bədəninə qovuşdurulmuşdur””.

Qədimi kitablardan olan Əbu Reyhan Biruninin “Əsari-baqiyədə”  oxuyuruq ki, İmamın (ə) mübarək başı səfər ayının 20-də cənazəsinə qovuşdurulmuşdur.

İbni Cuzi “Təzkirətul-xəvas” kitabında yazır: “Ən məşhur hədis odur ki, Hüseyn ibni Əlinin (ə) başı Mədinədən Kərbəlaya gətirilmiş və cənazəsi ilə birlikdə dəfn olunmuşdur”.

Zəkəriyya ibni Muhəmməd Qəzvini “Əcayibi-məxluqat” kitabında yazır: “Səfər ayının birinci günü Bəni-Öməyyənin bayram günüdür ki, o gündə Hüseynin (ə) başını Dəməşqə daxil etdilər və səfər ayının 20-də Hüseynin (ə) mübarək başı Kərbəlaya qaytarıldı”.

Bu mənbələrdən belə nəticəyə gəlmək olur ki, İmamın (ə) mübarək başı səfər ayının 20-də Kərbəlaya qaytarılmış və İmamın (ə) mübarək bədəni ilə birlikdə dəfn olunmuşdur. (Erfan/Deyerler)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..