Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 Avqust 09:39
Şərh Yoxdur
9394

İmam Hüseynin (ə) İlahi qiyamdan əvvəl qardaşına yazdığı məktub

İmam Hüseyn (ə) Kufəyə hərəkət etməzdən əvvəl qardaşı Muhəmməd ibni Hənəfiyyəyə məktub yazır ki, bu məktubun məzmunu ilə tanış olaq:

 

Hüseyn ibni Əli (ə) şəhadət verir ki, Allahdan başqa məbud yoxdur. O, yeganədir və şəriki yoxdur. Həqiqətən Muhəmməd (s) – Onun bəndəsi və rəsulu idi ki, haqq olaraq Haqq tərəfindən gəlmişdi. Behişt və cəhənnəm haqdır.

Qiyamətin saatları yaxınlaşmaqdadır və onda şəkk yoxdur. Allah qəbirdə olan hər kəsi dirildəcəkdir.

Mən əyləncə üçün qiyam etmirəm. Mənim qiyamım – cəddim Muhəmmədin (s) ümmətini islah etmək üçündür. Mən əmr-be-məruf etmək istəyirəm. Nəhy-əz-munkər etmək istəyirəm. Cəddimin sünnəti və atam Əli ibn Əbutalibin (ə) yolu ilə rəftar etmək istəyirəm.

Hər kim məni qəbul edərsə, haqqın qəbulu ilə qəbul etmiş olar. Hər kim bu mövzuda məni rədd edərsə, mən səbir edərəm o zamana qədər ki, Allah mənimlə o camaat arasında haqla hökm versin. O, hökm verənlər arasında ixtiyar sahibidir.

Bu mənim sənə vəsiyyətimdir, ey qardaş! Allaha təvəkkül etdim və Ona tərəf qayıtmaqdayam. Salam olsun sənə və hidayətin ardıcılı olan hər kəsə!

Heç bir qüvvə və qüdrət yoxdur, məgər ucaməqamlı Allahdan başqa”.

 

Bu məktub qısa olsa da, orada İmam Hüseyn (ə) öz məqsəd və hədəfini biz müsəlmanlara bəyan edərək, qiyamının əsil səbəblərini açıqlamışdır.

İmam (ə) buyurur ki, onun bu qiyamı heç də nəfsani istəklər və ya qəzəb qüvvəsinin təsiri altında deyil, yalnız məntiq və həqiqət üzərindən olmuşdur.

 

İmamın (ə) tək məqsədi var idi. O da cəddinin sünnətini dirçəldib, insanları qəflətdən ayıltmaq idi. Nə məqam, nə şan-şöhrət onu maraqlandırırdı. Tək hədəfi – Allahın dininin sabit qalması və cəddinin sünnətinin aradan getməməsi idi.

 

“Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları (hidayət)nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. (“Bəqərə” 257).

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..