Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Sentyabr 12:30
Şərh Yoxdur
13006

İmam Hüseyndən (ə) gözəl hədislər

Bu yazımızda, əziz oxucularımıza imam Hüseynin (ə) hədislərindən bir neçəsini təqdim edirik:

 

”Salamın 70 savabı var. Bunun 69 hissəsi salam verənə, bir hissəsi isə salamı alana çatar“.

Oğlu Imam Zeynül-abidinə (ə) buyurmuşdu: “Oğlum, Allahdan savayı yardımçısı olmayan şəxsə zülm etməkdən çəkin”.

”Hər kim Allaha asi olmaq bahasına bir adama yan alsa (ona yaltaqlansa, onun xoşuna gəlməyə çalışsa), can atdığı hər şeyi ən qısa vaxt ərzində itirər və qaçdığı hər bəlaya tezliklə düçar olar“.

”Allah bir kəsin öhdəsindən ibadət yükünü götürməyincə, onun dözümünü (taqətini) almaz. Və bir kəsin mükəlləfiyyətini azaltmayınca, onun gücünü əlindən almaz“.

”Elə iş tutma ki, ardınca üzr istəməli olasan. Mömin pis iş görməz, üzr istəməyə də məcbur olmaz. Amma münafiq hər gün pislik edər, sonra isə bağışlanmaq diləyər“.

”Ağıllı adamın əlaməti budur ki, öz dediyi sözlərə tənqidlə yanaşar, elmi məsələlərin həqiqətini anlayar. Cahilliyin əlaməti isə küfr əhli olmayanlarla (yəni müsəlmanlarla, öz həmdinləri ilə) mübahisə etməkdir“.

”Mömin Allahı özü üçün günahlardan mühafizəçi, Allahın sözlərini isə güzgü hesab edər“.

Aşura günündə buyurmuşdu: ”Əgər Mühəmmədin (s) dini yalnız mənim şəhadətim bahasına yaşayaçaqsa, onda ey qılınclar, məni tikə-tikə edin!“

Bir nəfər o həzrətin yanında başqasından qeybət etdi. Həzrət buyurdu: ”Ey filankəs! Qeybətdən əl çək. Qeybət cəhənnəm itlərinin yemidir“.

”Nə qədər ki, cansağlığına maliksiniz, həyatınız boyunca xeyir işlər görməyə tələsin. Elə təsəvvür edin ki, qəflətən üstünüzə hücum edəcəklər və sizi yer üzündən çəkib yerin təkinə aparacaqlar“.

Bir nəfər o həzrətin yanında dedi: ”Ləyaqətsiz adamlara edilən yaxşılıq zay olar“. İmam etiraz edib buyurdu: ”Elə deyil. Yaxşılıq gur yağan yağışa bənzəyər; yaxşını da, pisi də əhatə edər“.

 

Ənsardan bir nəfər İmam Hüseynin (ə) yanına xahişə gəldi. Imam ona məsləhət gördü: ”Öz abrını qoru və istəyini kağıza yazıb mənə ver. Mən də elə edərəm ki, sevinəsən“. Həmin adam kağıza bu sözləri yazdı: ”Ey Əba Əbdillah! Filankəsə 500 dinar borcluyam, borcunu istəyir. Ona de ki, mənə bir az möhlət versin“. Imam kağızı oxuyandan sonra evə keçdi, əlində min dinarlıq pul kisəsi ilə qayıtdı. Pulu o adama verib buyurdu: ”Bu pulun 500 dinarını borclu olduğun adama ver. Qalan 500 dinarla da öz yaşayışını təmin et. Bundan sonra ehtiyac üçün yalnız üç cür adama ağız aç: dindar adama, insaf-mürüvvəti olan adama və bir də ailəli adama. Dindar adam öz dinini qorumaq (yəni dinə əməl etmək) naminə sənə kömək edər. Mürüvvətli adam öz ad-sanından utanıb sənin ehtiyacını ödəyər. Ailəli adam isə başa düşər ki, sən ona ağız açmaqla özünü əskildirsən. O da səni əliboş qaytarmaqla abrını tökmək istəməz“.

 

”İnsanlar dünyanın kölələridir. Din onların dilində əyləncəyə dönüb. Öz dolanışıqlarını təmin etmək üçün dini istədikləri cür fırladıb dəyişdirirlər. Amma bəla ilə sınağa çəkiləndə məlum olur ki, əsl dindarların sayı necə azdır“.

”Allah bəndəni özündən (yəni Allahdan) o zaman qafil edir ki, ona bol nemətlər verir, amma şükr imkanını ondan alır”.

 

“Dünyanı nə qədər nəfis və gözəl saysalar da, Allahın mükafatı (cənnət) bundan daha üstün və qiymətlidir. Əgər bütün bədənlər sonda ölmək üçün yaradılıbsa, onda Allahın uğrunda qılıncların altında qətlə yetirilmək daha üstündür. Əgər ruzilər əvvəlcədən bölünübsə, onda ruzi qazanmaq üçün tamahı azaltmaq daha yaxşıdır. Əgər bütün mal-dövlət axırda tərk olunmaq (öləndə bu dünyada buraxmaq) üçündürsə, onda insanın qoyub-gedəcəyi mal üçün simiclik etməsi nədəndir?”

 

“Sizə təqvalı olmağı vəsiyyət edirəm. Çünki Allah zəmanət verib ki, hər kim təqvalı olsa, onu xoşlamadığı (pis) vəziyyətdən çıxarıb, xoşladığı şəraitə salacaq, gözləmədiyi yerdən ona ruzi verəcək”.

“Görmürsünüzmü ki, haqqa riayət olunmur, batilə son qoyulmur? Elə bir vəziyyət yaranıb ki, mömin insan Allahın görüşünə getməyi (yəni ölümü) seçməli olur. Mən ölümü – xoşbəxtlik, zalımlarla birgə (yəni onlara tabe halda) yaşamağı isə əskiklik bilirəm”.

“O adamlardan olma ki, başqalarının günahının dərdini çəkir, amma öz günahlarına görə cəza almaqdan qorxmur. Allah-təalanın behişt barədə vədəsi yalan deyil. Allahın hüzurundakılara (yəni cənnətə) yalnız Ona itaət etməklə nail olmaq mümkündür”.

 

Imam Hüseyn (ə) Mədinə şəhərini tərk edərkən qardaşı Mühəmməd ibn Hənəfiyyə üçün vəsiyyətnamə yazmış və orada öz hərəkatının məramını belə açıqlamışdı: “Mən şər törətmək, özümü göstərmək, fəsad və zülm yaratmaqdan ötrü qiyama qalxmıram. Mən babam Mühəmmədin (s) ümmətini islah etmək üçün qiyama qalxıram. Məqsədim insanları yaxşı əməllərə doğru dəvət edib pis işlərdən çəkindirməkdir. Mən babam Mühəmmədin (s) və atam Əli ibn Əbu Talibin (ə) yolu ilə gedirəm!.

(Hədislər “Tühəfül-üqul” kitabından və sair mənbələrdən götürülmüşdür)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..