Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Sentyabr 14:25
Şərh Yoxdur
14255

İmam Hüseyndən (ə) müxtəlif hədislər

Həzrət imam Hüseyndən (ə) müxtəlif mövzularda hədisləri sizlərə təqdim edirik:

“Ona görə üzr istəyəcəyin işdən çəkin. Çünki, mömin nə pislik edər, nə də üzr istəyər. Münafiq isə hər gün pislik edər və üzr istəyər.” [1]

“Bilik qazanmaq tanımağı daha da bərəkətli edər”[2]

 

İmam Hüseyn (ə) duaların birində buyurur: “İlahi! Başımın nişanə və əlamətlərə qarışması (Səninlə) görüşdən uzaq düşməyimə səbəb olur. Belə isə, bütün güc və qüdrətimi məni Sənə çatdıracaq bir xidmətə yönəlt. Özü öz varlığında Sənə möhtac olan necə Sənə doğru bələdçi və dəlil ola bilər? Səndən qeyrisi görünən və aşkar, Sən isə (zahirdə) yoxsan ki, onlar Səni aşkarlayıb üzə çıxarsınlar. Sən nə vaxt olmamısan ki, Sənə tərəf yolu göstərən bələdçiyə ehtiyacın olsun?…. Sənə doğru yol gəlməyim də Səndəndir. Nurunla məni Özünə tərəf yönəlt”[3]

 

“Saməd odur ki, içiboş olmasın. Saməd odur ki, sərvərliyi və ağalığı zirvələrdə olsun. Saməd odur ki, nə yesin, nə də içsin. Saməd odur ki, yatmasın. Saməd elə varlıqdır ki, daima olmuşdur və olacaqdır.”[4]

 

“Bilin ki, yaxşılıq etmək sitayiş, pərəstiş yaradar və mükafata səbəb olar. Əgər yaxşılığı insan surətində görsəniz, hər an onu yaxşı, gözəl, gözoxşayan və bütün dünya əhlindən gözəl görərsiniz. Əgər alçaqlığı görsəniz, onu nizamsız, çirkin, ürəklərdə ikrah doğuran və gözlər üzünə bağlanan bədsifət görəcəksiniz.”[5]

 

“İnsanın ən güzəştcili, qüdrətli olduğu vaxt güzəşt edəndir.”[6]

İmam Hüseyn (ə)  Müaviyənin yanında söz ağıldan düşdükdə belə buyurdu: Ağıl haqqa tabe olmasa, kamala yetişməz.”  [7]

“Hər səhər erkən ümmətin əməlləri Allah-taalaya təqdim olunur.”[8]

İmam Hüseynin (ə) yanında bir kişinin qeybətini edən bir nəfərə buyurdu: “Ey kişi! Qeybətdən əl çək. Çünki qeybət  cəhənnəm  itlərinin yalıdır. [9]

 

www.ahliman.info

 

[1] Mişkatul-Ənvar, səh.50.
[2] Biharul-Ənvar, c.78, səh.128, hədis11.
[3]  İqbalul Əmal, c.1, səh.157.
[4] ət-Tovhid, səh.90, hədis3
[5] Mustədrəkul Vəsait, c.12, səh.343, hədis14242
[6] əd-Durrətul Bahirə, səh.29
[7] Əlamuddin, səh.298
[8] Uyun əxbarir-Rza (ə), c.2, səh.44, hədis 156.
[9] Biharul-Ənvar, c.75, səh. 249, hədis 16

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..