Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 İyul 20:30
Şərh Yoxdur
396

İmam Hüseyn (ə): Məni tanıyın!

İmam Hüseyn (ə) Aşura günü qılıncını qınından çıxarıb şəhadət meydanına doğru addımladığı halda, özünü tanıtdırmağa başladı və höccəti tamamladı ki, sabah (Qiyamətdə) “Biz Hüseyni (ə) tanımadıq!” deməsinlər. Elə bu məqsədlə özünün mənalı və könüloxşayan şeirlərdən birini dilə gətirib buyurdu:

أنـا ابن عليّ الطهر من آل هاشمٍ

كـفاني بـهذا مـفخراً حين افخر

وجدي رسول الله ا كرم من مشى

ونحن سراج الله في الأرض نزهر

وفـاطم أمـي مـن سـلالة أحمد

وعـمّي يدعى ذا الجناحين جعفر

وفـينا كـتاب الله أنـزل صادقاً

وفـينا الهدى والوحي بالخير يذكر

فـنحن أمـان الله لـلناس كـلّهم

نـسرّ بـهذا فـي الأنـام ونجهر

ونـحن ولاة الحوض نسقي ولاتنا

بـكاس رسـول الله ما ليس ينكر

وشـيعتنا فـي الحشر أكرم شيعة

ومـبغضنا يـوم الـقيامة يخسر

فـطوبى لـعبدٍ زارنـا بعد موتنا

بـجنة عـدن صـفوها لا يـكدّر

Mənəm pak Əlinin (ə) övladı və Haşim xanədanından olan. Əgər iftixar etmək istəsəm, bu iftixar mənə kifayətdir. Cəddim insanların ən üstünü olan Allahın Rəsuludur və Allahın yer üzündəki parlaq çıraqları bizik. Anam Fatimə (s.ə) Əhmədin (s) ailəsindəndir və əmim iki qanad sahibi kimi tanınan Cəfərdir. Həqiqətən, Allahın kitabı bizim xanədanda nazil oldu və vəhy ilə hidayət bizim aramızda yaxşı şəkildə yad edilir. Biz bütün insanlardan bunu gizlətsək də, aşkar etsək də, Allahın pənahıyıq. Öz dostlarımızı Allah Rəsulunun (s) camı ilə sahib olduğumuz Kövsər hovuzundan sirab edən bizik! Bizim şiələrimiz camaatın arasında ən dəyərli tabe olanlardır və düşmənlərimiz Qiyamət günü zərərə uğrayacaqdır. Allah-Taala bizim sayəmizdə hidayəti azğınlıqdan aşkar etmiş və öz nemətlərini çoxaldaraq pak etmişdir. Qiyamət günü teşnə olan biri Kövsər hovuzuna daxil olduğunda Heydər (İmam Əli (ə)) onu iki mübarək əli ilə sirab edər. O, haqqını Allahın hamıya vacib etdiyi hakim İmam və camaata (əməllərinə) şahid olan bir kəsdir. Bizim ölümümüzdən sonra ziyarətimizə nail olan bəndəyə əbədi və suyu əsla iylənməyən Cənnət müjdə olsun! (“Mənaqib”, İbn Şəhr Aşub, c.4, səh.88.)

İmam (ə) Aşura günü bütün planlarını diqqətlə həyata keçirirdi, çünki bu böyük və bənzərsiz hadisənin həmişəlik olaraq tarixin qəlbinə həkk olacağını bilirdi. O, həmin hadisənin simasını dəyişə biləcək bütün ehtimali bəhanə və üzr yollarını bağlamışdı. O cümlədən, döyüşə və şəhid olmağa hazır olduğunun nişanəsi olaraq qılıncı qınından çıxardığı halda, ömrünün son anlarında başqa bir şeirlə yenə də özünü tanıtdırmağa başladı. Özü, atası, babası Allah Rəsulu, anası xanım Zəhra və əmisi Cəfər barədə söhbət açdı və sonra bu həqiqətə işarə etdi ki, sizin zahirdə onunla iftixar etdiyiniz Quran və İslam bizim evimizdə nazil olub və Qiyamətdə sizin pənah yeriniz yenə də bizik.

Maraqlıdır ki, hər bir yatmışı oyadan və hər bir sərxoşu ayıldan bu sözlər bu daşqəlblilərə təsir etmədi. (“Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.833-837.)

Digər “Əhli-Beyt ” Xəbərləri

10 Rəbius-sani Xanım Fatimeyi-Məsumənin (s) vəfat günüdür.

Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o Xanımın bir sıra xüsusiyyətlərinə toxunacağıq ki, onun şəxsiyyəti və... Davamı..

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.   İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi... Davamı..

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti ✅1). Sizlərə tövsiyə edirəm ki, təqvalı olun və Allahdan qorxun; Quran baxımından insanların bir-birindən təkcə üstün... Davamı..

PEYĞƏMBƏRİN (S) HƏYATI

Peyğəmbərin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in... Davamı..

İmam Həsən Əskəri (ə.s)-ın Şəhadəti

Abbasi xəlifələri və Abbasi iqtidarının nümayəndələri, Əhli-Beyt İmamlarının (ə) on iki nəfər olduğunu və on ikincisinin qeybətdən sonra zühur edib zalımların batil... Davamı..

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..