Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Oktyabr 10:05
Şərh Yoxdur
2870

İmam Hüseynə (ə) namazın vaxtını xatırladan igid – Əbu Səmamə Saidi

Bu igidin əsil adı Əmr ibni Abdullah Saididir ki, Həmdan qəbiləsinin mərdlərindən idi. Əmirəl-möminin (ə) xüsusi səhabəsi idi. İmamla (ə) birlikdə bütün cihadlarda iştirak etmişdir. Əmirəl-möminin (ə) şəhid olandan sonra xaliscəsinə və aşiqcəsinə Həzrət İmam Həsənin (ə) xidmətində qərar tutur. Həzrətə (ə) din və dünya işlərində yardım edir.

Müaviyyə (lən) cəhənnəmə vasil olandan sonra, o da başqa Əhli-Beyt (ə) davamçıları ilə birlikdə Süleyman ibni Cəzayinin evində yığışırılar. İmam Hüseynə (ə) Kufəyə gəlmək üçün dəvət məktubu yazırlarlar ki, həmin məktuba görə Müslim ibni Əqil Kufəyə gəlir. Əbu Səmamə Müslim üçün silah alır və döyüş üçün lazım olanları hazırlayır.

İbni Əsir öz kitabında yazır ki, İbni Ziyad (lən) Kufəyə daxil olduqda, Müslim ibni Əqil ordunun bir hissəsini Əbu Səmaməyə tapşırır ki, o, qəddara tərəf getsin. Əbu Səmamə də İbni Ziyadı Darul-əmarə qalasında mühasirəyə alır və niyyəti bu olur ki, bu zalımı, yanında olanlarla birlikdə məhv etsin. Ancaq İbni Ziyadın hiyləsi və Kufə camaatının qorxusu nəticəsində Müslim tək qalır. Əbu Səmamə də Kufə camaatının bu vəfasızlığından sonra geri çəkilir və qəbiləsində gizlənir.

İbni Ziyad onu axtarmağa başlayır. Əgər onu tapsaydı şübhəsiz ki, ən ağır işgəncə ilə öldürəcəkdi. Ancaq bu aşiq arif Kufədən çıxır və özünü İmam Hüseynə (ə) çatdırır.

Aşura gününün qızmar istisində İmam Hüseynin (ə) səhabələrindən ikisi şəhid olanda Əbu Səmamə qana bulaşmış halda İmam Hüseynin (ə) yanına gəlir və deyir: “Ey Əba Abdullah! Canım sənə fəda olsun. Baxmayaraq ki, qatilin bayrağı dalğalanır və döyüş təndiri yanır, Allaha and olsun ki, mən qanıma boyanmayınca səni öldürməyəcəklər. Allahla o halda görüşmək istəyirəm ki, vaxtı çatmış bu namazı səninlə qılam.

İmam başını səmaya qaldırdı və buyurdu: “Əbu Səmamə, zöhr vaxtıdır. Allah səni namazqılanlardan qərar versin ki, namazın vaxtını yada saldın. İndi bu insanlardan istəyin ki, namaz qılmağımız üçün bizə möhlət versinlər. Sonra döyüşə davam edərik”.

Həbib ibni Məzahir Yezid (lən) ordusunun qarşısına keçir və deyir: “Məgər İslam dinini yaddan çıxartmısınız? Namaz qılmağımız üçün döyüşü dayandırmayacaqsınız?”.

Həsin ibni Nəmir deyir: “Ey Hüseyn! Bacardığın qədər namaz qıl ki, namazın Allah tərəfindən qəbul olunası deyildir”.

Həbib qəzəbli halda deyir: “Ey şərabxor qadının oğlu! Məgər sənin namazın qəbul olur, ancaq Allah Rəsulunun (s) övladının namazı Allah dərgahında qəbul olmur?”.

Bu söhbətdən sonra güclü döyüş başlayır və Həbibi şəhid edirlər. Əbu Səmamə xof namazından sonra İmama (ə) deyir: “Mən hazıram ki, özümü dostlarıma çatdıram və onlara qoşulam. İstəmirəm ki, böyük insanların getdiyi yoldan geri qalam. Mənim taqətim yoxdur səni qərib və köməksiz görəm”.

Həzrət (ə) buyurur: “Ey Əbu Səmamə! İrəli get ki, biz də bu yaxın zamanda sizə qoşulacağıq”.

Əbu Səmamə həm sağdan, həm də soldan düşmənə hücum edir və çox sayda düşməni cəhənnəmə vasil edir. Çoxlu yara aldığına görə şəhid olur.

O, sübut edir ki, namazı hər bir şəraitdə qılmaq olar. Sübut edir ki, hər cür qəddar düşmənin qarşısında dayanmaq olar. (Erfan/Deyerler)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM SADİQİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İMAM SADİQİN (Ə) ŞƏXSİYYƏTİ Adi: Cəfər; Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq; Künyəsi: Əbu-Əbdillah; Atası: imam Mühəmməd Baqir... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət... Davamı..

Hz. Peyğəmbər (s) haqqında dünya şöhrətli alim və tarixçilər nə deyiblər?

Hz. Məhəmməd Peyğəmbər (s) yalnız müsəlmanların deyil, əsrlər boyu müxtəlif dinlərə və dünyagörüşlərinə mənsub tarixçi, filosof və alimlərin də diqqətini cəlb etmiş... Davamı..

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..

İMAM MEHDİ (Ə) ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ

– bəzi əhli-sünnə alimləri imam Mehdiyə (ə) etiqadı müdafiə etmiş…   İmam Mehdinin (ə.c) dünyamiqyaslı qıyamı və inqilabı şiə mənbələri ilə yanaşı,... Davamı..

İmam Zamanın (ə.c) imamətinin başlanğıcı

İmam Mehdinin (ə) həyatı üç dövrdən İbarətdir   Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayının 9-u bəşəriyyət aləminin xilaskarı, imam Zamanın (ə.c) imamət məqamına... Davamı..