Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Oktyabr 09:49
Şərh Yoxdur
285

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti
✅1). Sizlərə tövsiyə edirəm ki, təqvalı olun və Allahdan qorxun;
Quran baxımından insanların bir-birindən təkcə üstün cəhəti təqvalı olmalarıdır – (Hücurat/13).
Quran-Kərim buyurur: “Allah yanında ən sevimli məqam təqvalı olmaqdır”. (Ali-İmran,76; Tövbə, 4 və 7).
Quran-Kərim ayələrinə görə “təqva” həm günahdan qorunmağa, həm dünyada Allahdan, günaha düşməmək üçün kömək diləməyə və həm də axirətdə dünyada səhvən etdiyi günahların əzabına düçar olmamağı istəməyə deyilir. (Bəqərə, 201).
Qurani-Kərim “təqva”lı insan üçün aşağıdakı xüsusiyyətləri də sayıb:
Yalan və nahaqq və dəqiq bilmədiyini danışmır – (Nisa, 9).
Kafir və münafiqlərə aldanıb onlara itaət etmir – (Əhzab,1).
Təqvalı insan ictimai hüquqları qoruyur, digərlərinin hüquqlarını pozmur, digərlərini aldatmır – (Bəqərə, 119; Mütəffifin, 1).
Məsumlardan (ə) nəql olunan hədislərdə “təqva” əxlaqın rəisi sayılır. Çünki İlahidən qorxu olduqda və Onun hər bir zaman insanın işlərini gördüyünü bildikdə, insan çalışır ki, Allahın xoşuna gələn işləri görsün və Onu qəzəbləndirən işlərdən çəkinsin. Bununla da bütün yaxşı rəftarlar İlahi Təqvadan doğur.
İmam Əli (ə) buyurur: “Təqvanın dörd əlaməti var: Allahdan qorxmaq, Qurana əməl etmək, aza qane olmaq və axirət səfəri üçün azuqə hazırlamaq”.
İmam Sadiq (ə) təqvanın nə olduğu barədə buyurur: “Allah əmr etdiyi və istədyi yerlərdə görünəsən və nəhy (qadağan) etdiyi yerlərdə olmayasan”.
✅2). Haramlardan çəkinin (vərə(;
İmam Sadiq (ə) buyurur: “Dininizi haramlardan çəkinməklə qoruyun ki, haramdan uzaq olmaq dinin ən yuxarı dərəcəsidir”.
✅3). Allah yolunda çalışın;
İmam Sadiq (ə) buyurur: “Səfillikdən (dünya malı üçün başqalarına boyun əymək, zəlil olmaq, alçalmaq) uzaq olun ki, Əlinin (ə) şiəsi o kəsdir ki, qarnı və cinsi üzvləri iffətlidir, özü çox çalışan”.
İmam Sadiq (ə) başqa hədisdə buyurur: “Cavan, sağlam, güclü, təravətli olduğun zaman və şad və boş vaxtlarında axirət üçün çalışmağı unutma”.
✅4). Doğru danışın və ✅(5) xəyanət etməyin;.
Sizə inanıb etibar edənin kafir, facir ya müsəlman olduğuna fərq qoymadan əmanəti sahibinə qaytarın.
Allah-Taala Quran-Kərimdə xainləri sevmədiyini bildirir – (Ənfal, 58).
✅6). Rükuda və Səcdədə çox qalın;
Rüku və səcdəni uzatsanız İblis fəryad edəcək ki, vay olsun mənə, bu kişi itaət etdi, mən üsyan etdim, bu kişi səcdə etdi, mən təkəbbür etdim.
✅7). Qonşularla yaxşı davranın;
✅8). Müsəlmanlarla vəhdət edin, dostcasına və sülhamiz yaşayın;
– Bu Həzrət Məhəmmədin (s) gətirdiyi dindir: – Sizinlə yaşayan əhli-sünnə və digərlərini yoxlayın, cənazələrinin dəfnində hazır olun, xəstələrini ziyarət edin, onların hüquqlarına riayət edin, haqlarını əda edin.
❇️ İmam Həsən Əskəri (ə) başqa bir vəhdət yönlü kəlamında buyurur:
قبری أمان لاهل الجانبین
“Mənim qəbrim hər iki tərəf (şiə və sünni) üçün pənahgahdır, təhlükəsizlik yeridir”.
✅ İmam Həsən Əskəri (ə) hədisin davamında buyurur:
“Sizdən biriniz bu deyilənlərə əməl edib, camaatla gözəl rəftar edərsə, deyəcəklər bu kişi şiədir! Bu söz Bizi (Əhl-Beyt) sevindirəcək.
Allahdan qorxun və bizə zinət və yaraşıq olun. Bizə utanc gətirməyin. Bizi (öz əməlləriniz və gözəl əxlaqınızla) insanlara sevdirin). Onları (öz pis əməllərinizlə) bizə düşmən etməyin.
Bizim üçün insanların dostluğunu qazanın. Yaxşılıqları bizə tərəf çəkin, pislikləri bizdən uzaqlaşdırın.
Bizim haqqımızda deyilən bütün gözəlliklər bizdə var. Haqqımızda deyilən bütün pisliklərdən uzağıq. Həmd olsun aləmlərin Rəbbinə!
Bizim üçün Allah kitabında haqq vardır və Allah Rəsulunun (s) yaxınlarıyıq. Bizim paklığımız Allah tərəfindəndir. Bunu bizdən başqa hər kəs iddia etsə yalançıdır.
Allahı çox zikr edin, ölüm həmişə yadınızda olsun. Quran çox oxuyun. Peyğəmbərə (s) çox salavat deyin. Həqiqətən də Peyğəmbərə (s) salavat deməkdə on gözəllik var.
✳️Vəsiyyətimi yadda saxlayın. Sizi Allah əmanət edir və sizə salam deyirəm”.
📚Əllamə Məclisi, “Biharul-Ənvar”, c.75, s.372, bab.29.

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..

Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.s.) və onun başına gətiriləcək müsibətlərdən danışır!

Peyğəmbəri-Əkrəmin (s) öz sevimli qızı xanım Fatimeyi-Zəhraya (ə.s.) məhəbbət və ehtiramı yalnız atalıq hisslərindən qaynaqlanmırdı. O həzrət qızına böyük gözlə baxır, böyük... Davamı..

XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) ŞƏHADƏTİ

Şiə və sünni tariхçiləri Əbu Rafеnin həyat yoldaşı Səlmaya istinadən bеlə nəql еdirlər: “Mən həzrət Fatimədən (s.ə.) ömrünün aхırlarında bəzi məsələlər haqda... Davamı..

XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) MƏQAMI

1. Xanım Fatimeyi-Zəhra (s.ə.) – qadınların ən üstünü: Məşhur əhli-sünnə mənbələrində nəql olunan bir çox rəvayətlərdə aşkar şəkildə göstərilir ki, xanım Fatimeyi-Zəhra... Davamı..

HƏZRƏT ZEYNƏBİN (S.Ə.) HƏYATINA QISA BİR BAXIŞ

Cəmadiul-əvvəl ayının 5-i  iffət və müqavimət nümunəsi xanım Zeynəbin (s.ə.) doğum günüdür. Bu münasibətlə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir, o xanımın... Davamı..

10 Rəbius-sani Xanım Fatimeyi-Məsumənin (s) vəfat günüdür.

Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o Xanımın bir sıra xüsusiyyətlərinə toxunacağıq ki, onun şəxsiyyəti və... Davamı..

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.   İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi... Davamı..

PEYĞƏMBƏRİN (S) HƏYATI

Peyğəmbərin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in... Davamı..