Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 Noyabr 15:25
Şərh Yoxdur
2977

İmam Həsən Əsgəri (ə) müsəlmanların izzətini necə xilas etdi

Lənətlik xəlifə Mütəvəkkil, İmam Həsən Əsgərini (ə) haqqı müdafiə etdiyi üçün zindana atmışdı. Həmin il yay quraqlıq keçmiş və yağış yağmamışdı. Tarlalar və əkin sahələri qurumuşdu. Heyvanlar tələf olurdular. Müsəlmanlar üç gün dalbadal yağış namazı üçün səhraya gedirdilər. Namaz qıldılar, ancaq yağış yağmadı.

Ancaq dördüncü günü xristian patriarx gəlir və dua edir. Bu zaman yağış yağmağa başlayır. Müsəlmanlar beşinci günü yenə səhraya gəlir və yağış üçün dua edirlər. Ancaq yağış yağmır və bu da müsəlmanlar üçün xəcalətverici olur. Onlar İslam dininin haqlı din olmasına şəkk etməyə başlayırlar. Belə qərara alınır ki, altıncı günü xristian patriarx da dua etmək üçün gəlsin. Əgər onun duasından sonra da yağış yağsaydı, bu zaman müsəlmanların abrı gedərdi.

Mütəvəkkil İmam Həsəni (ə) xatırlayır. Əmr edir ki, İmamı (ə) gətirsinlər. O, Həzrətə (ə) deyir: “Əbu Muhəmməd! Cəddinin dinini xilas et”.

İmam Həsən (ə) xəlifənin bir neçə xidmətçisi ilə bir yerdə həmin səhraya gedir. Nökərlərdən birinə buyurur: “Sən də xristianların arasına get və patriarx əlini dua üçün qaldıran zaman sağ əlinin barmaqları arasında olan şeyi götür və mənə gətir”.

Həmin nökər də İmamın (ə) buyurduğu kimi gedir və partiarx əlini dua üçün qaldırmaq istəyəndə barmaqlarının arasındakı qara sümüyü götürüb gəlir. Həmin günü nə qədər dua edir, ancaq yağış yağmır, hava sakit və günəşli olur. Xristianlar xəcalətli halda geri qayıdırlar.

Mütəvəkkil İmamdan (ə) soruşur: “Bu sümük nədir?” İmam buyurur: Bu sümük peyğəmbərin (ə) qəbrindən götürülmüşdür. Nə zaman Həzrətin (ə) bədəninin sümüyü aşkar olar, yağış yağar”.

Həmin günü müsəlmanların az qala getmiş abrı İmamın (ə) tədbiri ilə geri qaytarılır. İslam dininin izzəti xristianların yanında hifz edilmiş olur.(Erfan/Deyerler)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..

“Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumə (ə.s.)

1. Adı və ləqəbi: Həzrət Məsumənin (s.ə) adı Fatimədir. Məsumə onun məşhur ləqəbidir ki, təqva sahibi olduğundan İmam Kazimin (ə) qızları arasında... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında... Davamı..