Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Mart 19:42
Şərh Yoxdur
2566

İmam Baqirdən (ə) Əhli-Beyt (ə) davamçılarına müjdə

“Kafi” kitabında oxuyuruq ki, Həkəm ibni Utəybə nəql edir: “İmam Baqirin (ə) xidmətində idim və otaq cəmiyyətlə dolu idi. Anidən bir qoca kişi əsasına söykənərək, otağa daxil oldu və dedi: “Əssəlamu əleykə, ya ibni Rəsulallah” və sonra sükut etdi. İmam (ə) da salamının cavabını verdi.

Sonra qoca kişi orada olan cəmiyyətə üz tutub, onlara da salam verdi. Hamı salamın cavabını aldılar. Qoca üzünü İmama (ə) çevirib dedi: “Ya ibni Rəsulallah! Məni öz yanında əyləşdir, qurbanın olum. Allaha and olsun ki, mən sizi və sizin sevdiyiniz kəsləri sevirəm. Sizin düşməninizlə düşmənəm və ondan kənarlaşıram. Allaha and olsun ki, bu nifrət və düşmənçilik də şəxsi deyildir. Allaha and olsun ki, sizin halalınızı halal və haramınızı haram bilirəm. Sizin ədalət hökumətinizin bərpa olmasının intizarındayam. Bu əqidə ilə nicat tapmağım üçün ümid vardırmı?”. (Tebyan/Deyerler)

Qoca irəli gəldi və İmam (ə) onu öz yanında əyləşdirdi və buyurdu: “Ey ixtiyar kişi! Bir nəfər atam Əli ibni Hüseynin (ə) xidmətinə gəlmişdi və sənin bütün bu suallarını ondan soruşmuşdu. Atam İmam Səccad (ə) da buyurmuşdu: “O zaman ki, canın buraya çatacaqdır (əli ilə hulqumuna işarə etmiş) əmin qəlblə və çoxlu şövqlə əməl mələklərinlə üzləşərsən. Əgər (bu əqidə ilə) dünyadan getsən, Peyğəmbərin (s), Əlinin (ə), Həsənin (ə), Hüseynin (ə), Əli ibni Hüseynin (ə) xidmətinə çatarsan. Əgər sağ qalsan, Allah elə bu dünyada gözünü aydın edər. Hər bir halda sən ali məqamda mənimlə olacaqsan””.

Qoca soruşdu: “Nə buyurursunuz?”. İmam (ə) bu dediklərini iki dəfə təkrar etdi. Qoca sevincindən “Allahu Əkbər!” dedi. “Əgər ölsəm, Allahın Peyğəmbərinin (s), Əmirəl-möminin (ə), İmam Həsənin (ə), İmam Hüseynin (ə), İmam Səccadın (ə) xidmətinə çatacağam? Can verən zaman əmin qəlb və çoxlu şövqlə əməl mələkləri ilə üzləşəcəyəm? Əgər sağ qalsam və o zamanı dərk etsəm, Allah mənim üçün xoş həyat hazır edəcəkdir? Sizinlə ali dərəcədə olacağam?”.

Qoca bu sözləri deyib, yüksək səslə ağlamağa başladı. Məclis əhli də qocanın bu halını görüb, ağlamağa başladı. İmam (ə) mübarək gözlərində olan yaşı sildi və qoca ondan istədi ki, mübarək əlini ona versin. O, İmamın (ə) əlini aldı və öpdü, iki gözünə və üzünə çəkdi. Sonra İmamın mübarək (ə) əlini köynəyinin altından qarnına və sinəsinə çəkdi. Sonra ayağa qalxıb məclis əhli ilə xudafizləşdi və getdi. İmam (ə) onun ardınca baxıb buyurdu: “Hər kim behiştdən bir nəfəri görmək istəyirsə, bu qoca kişiyə baxsın”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..