Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 İyul 09:55
Şərh Yoxdur
7106

İmam Baqir (ə) İmam Mehdinin (ə.f) zühuru barədə nə buyurmuşdur?

Məsum İmamlar (ə) Məhdəviyyətin mühüm məsələ olduğunu bizlərə çatdırmaq üçün hər fürsətdə ondan bəhs edib, əlamət və nişanələrini bizə tanıtmağa çalışmışdılar.

İmam Baqir (ə) buyurur: “İnsanlara elə bir zaman gələcəkdir ki, İmamları qayib olacaqdır. Xoş olsun o insanların halına ki, o zamanda biz Əhli-beytin (ə) məsələsinə (vilayətinə) sabitqədəm qalarlar. Onlara çatan ən az mükafat odur ki, Allah Təala onlara xitab edər: “Mənim bəndələrim! Siz Mənim gizli hüccətimə iman gətirdiniz və Mənim qeybimi təsdiq etdiniz. Ona görə də sizə müjdə olsun ki, Mənim ən yaxşı mükafatım sizin intizarınızdadır””.

İmam Baqir (ə) nurani kəlamında belə buyurur: “Bil ki, əgər mən o ruzigarı dərk etsəydim (o zaman olsaydım), canımı Həzrət Sahibi-Əmrin (ə) bayrağı altında fədakarlıq üçün təqdim edərdim”.

İmam Baqir (ə) başqa yerdə buyurur: “Allah Təala sadiq intizarda olanlara buyurur: “Siz qadın və kişilər – Mənim həqiqi bəndələrimsiniz. Sizin yaxşı rəftarınızı qəbul edirəm. Nalayiq rəftarlarınızı bağışlayıram. Sizə xatir başqa günahkarları da bağışlayıram. Bəndələrimi sizə xatir rəhmət yağışımla sirab edirəm və onlardan bəlanı dəf edirəm. Ey, Mənim ən əziz bəndələrim! Əgər siz olmasaydınız, əzabımı itaətsiz insanlara nazil edərdim””.

İmam Baqir (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Fərəcin intizarı – ən üstün ibadət hesab olunur”.

İmam Baqir (ə) buyurur: “Sanki mən Süfyanini görürəm ki, sizin Kufənin yaşıl diyarında sakindir. Nida edər ki, hər kim Əli (ə) şiəsinin birinin başını gətirər, min dirhəm onun mükafatıdır. Bu zaman qonşu, qonşuya hücum edər və deyər: “Bu şəxs şiədir. Onu öldürər və min dirhəm mükafat alar””.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şiələrin onuncu imamının adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, mübarək künyəsi “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

İmam Baqir (ə) və zahidin nəsihəti

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATI

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri... Davamı..