Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Dekabr 13:36
Şərh Yoxdur
3237

İmam Baqir (ə) ilə yerin dərinliyinə səyahət edən mömin

Cabir ibni Yəzed Cufi nəql edir ki, bir gün İmam Baqirin (ə) xidmətinə getmişdim və Həzrətə (ə) bu ayə ilə bağlı sual verdim.“Beləcə İbrahimə (atasının və qövmünün azğınlıqda olmasını öyrətdiyimiz kimi Özümüzün) göylərə və yerə olan tam malikiyyət və rübubiyyətimizi (də) göstərirdik (ki, dəlilgətirmə məqamında elmli və bacarıqlı olsun)(həmçinin)inananlardan olması üçün”. (“Ənam” 75). (Tebyan/Deyerler)

Həzrətə (ə) sual verdim ki, Allah Təala səma mələkutunu Həzrət İbrahimə (ə) necə göstərmişdir?

İmam Baqir (ə) bir qədər sükut edəndən sonra mübarək əlllərini qaldırıb buyurdu: “Ey Cabir! Yuxarıya bax”. Yuxarı baxan zaman gördüm ki, otağın tavanı açıldı və güclü nur gözümü qamaşdırdı.

İmam (ə) buyurdu: “Həzrət İbrahim (ə) səma mələkutunu belə müşahidə etmişdir”.

Sonra mənə əmr etdi ki, başımı aşağı salım. Bir müddət keçəndən sonra əmr etdi ki, başımı qaldırım. Başımı qaldıran zaman gördüm ki, tavan əvvəlki halına qayıtmışdır.

Ondan sonra Həzrət (ə) mənim əlimdən tutdu və həmin otaqdan başqa otağa apardı. Əynində olan paltarları çıxartdı və başqa paltarlar geyindi.

Sonra buyurdu: “Gözlərini bağla”.

Gözlərimi bağalayandan bir müddət sonra buyurdu: “Bilirsənmi ki, indi haradasan?”,

Dedim: “Xeyr”.

Buyurdu: “Yerin həmin zülmətli təbəqəsindəyik ki, Zülqərneyn ora yol tapmışdı”.

Dedim: “İcazə verirsinizmi ki, gözlərimi açım”.

Buyurdu: “Bəli, gözlərini aç, ancaq heç nə görməyəcəksən”.

Gözümü açan zaman hər yeri qəribə bir zülmət və qaranlıq bürümüşdü və hətta önümü belə görmürdüm. Sonra əlimi tutdu və bir qədər yol getdik. Buyurdu: “İndi bilirsənmi ki, haradasan?”.

Dedim: “Bilmirəm”.

Buyurdu: “İndi həyat bulağının başındasan ki, Həzrət Xızr (ə) ondan içmişdi”.

Ondan sonra hərəkət etdik və o biri təbəqəyə yol tapdıq. Ora biz insanların diyarı kimi idi və sonra o biri təbəqəyə qalxdıq, əvvəlki təbəqə kimi qaranlıq və zülmətli idi. Yerin beş təbəqəsini gəzdik.

Bu zaman İmam Baqir (ə) buyurdu: “Ey Cabir! Bu, yerin mələkutu idi ki, sən gördün. Həzrət İbrahim (ə) onları görməmişdi. Bəlkə o, 12 təbəqəli ancaq səma mələkutunu müşahidə etmişdi”.

Ondan sonra buyurdu: “Biz Əhli-beytidən (ə) hər birimiz bu aləm və təbəqələri keçmişik və keçirik. O zamana qədər ki, axırıncı və on ikinci İmam (ə.f) zühur edəcəkdir. İndi gözlərini bağla”.

Sonra əlimi tutdu və hərəkət etdik. Bir müddət sonra özümüzü həmin otaqda gördük. Həzrət (ə) paltarlarını dəyişdi və əvvəl geyindiyi paltarlarını geyindi”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..