Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Oktyabr 14:03
Şərh Yoxdur
3750

İmam Əlinin (ə) ordusunda vuruşan, Kərbəlada şəhid olan, İmam Zaman ağanın (ə.f) duasında adı çəkilən səhabə

İbni Məsud nəql edir: “Allahın Rəsulu (s) Cunadə ibn Haris üçün bu məzmunda məktub yazmışdı: “Bu yazı peyğəmbər Muhəmməd (s) tərəfindən Cunadə, onun qəbiləsi və onun əlinin altında olanlar üçün məktubdur. Namazı bərpa edin, zəkatı verin, Allaha və Peyğəmbərə (s) itaət edin ki, hər kəs belə edər, Allahın və Rəsulunun (s) amanında olar”. (Erfan/Deyerler)

Cunadə o igidlərdən idi ki, Siffeyn döyüşündə Əmirəl-möminin (ə) bayrağı altında döyüşürdü. O, Kufədə Müslimlə beyət edir və Əmr ibni Xalid, Nafəh ibni Həlal, Məcmə ibni Abdullahla bir yerdə İmam Hüseynin (ə) ordusuna qoşulur. Bu dörd dost İmamın (ə) yanına gələn zaman Hürr onları görüb İmama (ə) demişdi ki, mən gərək onları həbs edim, ya da gərək geri qayıtsınlar. İmam (ə) cavabında buyurmuşdur ki, onlar mənim dostlarımdır və mənimlə gələn insanlar kimidirlər. Onları elə himayə edərəm ki, özümü o cür himayə edirəm. Nə zaman bu fikirdə olsan, səninlə işim olmaz, əks halda səninlə vuruşaram”. Hürr İmamın (ə) bu müdafiəsini görüb, geri çəkilmişdi.

Cunadə döyüşün əvvəlində Əmr ibni Xalid, Məcmə ibni Abdullahla bir yerdə şeytan ordusuna hücum etdi. Onlar düşmən mühasirəsinə düşdülər. Ancaq Əbülfəzl Abbas (ə) bu mühasirəni sındırdı və onlara nicat verdi. Düşmən ikinci dəfə hücuma keçəndə, onlar mərdcəsinə şəhid oldular.

İmam Zaman ağa (ə.f) “Nahiyə” ziyarətində Cunadə ibn Harisə salam göndərir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..