Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Mart 09:35
Şərh Yoxdur
9359

İmam Əlinin (ə) 13 mühüm vəsiyyəti

1. “Sizə tövsiyə edirəm ki, təqvalı olub Allahdan qorxasınız, dünya sizin sorağınıza gəlsə də, siz dünyanın ardınca getməyəsiniz.”

2. “Dünyada əlinizdən çıxan bir şey üçün təəssüflənməyin.”

3. “Haqq söz deyin və (ilahi) əcr və savab üçün iş görün.”

4. “Zalımların düşməni və məzlumların dostu, himayəçisi olun.”

5. “Mən sizə və bütün övladlarıma, əhlimə və bu vəsiyyətnamənin çatacağı hər bir kəsə təqvalı olub Allahdan qorxmağı, öz işində nəzmli (dəqiq) olmağı, iki nəfərin arasında sülh yaratmağı tövsiyə edirəm, çünki sizin cəddiniz Rəsulullahın (s) belə buyurduğunu eşitdim: “Camaat arasında sülh yaratmaq bir illik oruc-namazdan üstündür.”

6. “Amandır, yetimləri unutmayasınız! Məbada onlar bəzi vaxtlar ac, bəzi vaxtlar tox olalar! Məbada sizin hüzurunuzda, onlara baş çəkən bir adamın olmadığına görə (tələf olub) aradan gedələr!”

7. “Amandır, öz qonşularınızla gözəl rəftar edin, çünki onların barəsində sizin Peyğəmbəriniz (s) daim tövsiyələr etmişdir. O həzrət qonşular barəsində o qədər tövsiyə edirdi ki, biz tezliklə irsdən onlara da bir pay verəcəyini güman edərdik.”

8. “Amandır, Qurana (çox-çox) əhəmiyyət verin! Məbada başqaları ona əməl etməkdə sizdən irəli keçə!”

9. “Amandır, namazdan qafil olmayın! Həqiqətən namaz dinin sütunudur.”

10. “Amandır, Allahın Evi (Kəbə) barəsində; nə qədər ki, dirisiniz, onu boş qoymayın. Çünki əgər boşladılsa, sizə möhlət verilməyəcək və ilahi bəla sizi tutacaq.”

11. “Amandır, Allah yolunda mal-dövlətinizlə, canınızla və dilinizlə olan cihadı unutmayın!”

12. “Sizə vacibdir ki, dostluq əlaqələrini və məhəbbəti möhkəmlədəsiniz, ehsanı, bəxşişi unutmayasınız və bir-birinizə arxa çevirməkdən, əlaqələrinizi kəsməkdən uzaq olasınız.”

13. “Yaxşılığa dəvət və pislikdən çəkindirməni təkr etməyin, (əks halda) şər adamlar sizə hakim olacaq, sonra da nə qədər dua etsəniz, qəbul olunmayacaqdır.”

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..