Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 Mart 14:59
2 Şərh
8726

İmam Əlidən (ə) namaz haqqında 4 göstəriş və namaz qılmağın 7 səbəbi

“Nəhcul-bəlağə”nin 199-cu xütbəsində İmam Əlidən (ə) namazın əhəmiyyətinə və mənəvi, tərbiyəvi təsirlərinə işarə edilmiş və həqiqi namazqılanın sifətləri bəyan edilmişdir.

İmam Əli (ə) buyurur: “Namazın proqramına gözəl şəkildə nəzarət edin. Onu qorumaq üçün çalışın. Çoxlu namaz qılın və onun vasitəsilə Allaha yaxınlaşın. Çünki namaz xüsusi vaxtlarda bütün möminlərə vacibdir”.

İmam (ə) bu qısa xütbəsində namaz haqqında dörd göstəriş verir: öhdəçilik, qorumaq, çoxlu namaz qılmaq və onun vasitəsilə Allaha yaxınlaşmağa çalışmaq.

Sonra İmam (ə) namazı nə üçün qılmağa işarə edərək, onun yeddi səbəbini göstərmişdir. İmam (ə) bu kəlamlarında Quran ayələrinə və Həzrət Peyğəmbərdən (s) gələn hədislərə istinad edir. Həzrət (ə) buyurur: “Namaz bir vacibat kimi möminlərə təyin edilmişdir”. (Tebyan/Deyerler)

İkinci səbəbi belə buyurur: ““Sizi cəhənnəmə hansı şey çəkmişdir” – sualına cəhənnəm əhlinin belə cavab verdiyini eşitməmisiniz ki, deyiblər: “Biz namazqılanlardan olmamışıq””.

İmam (ə) namazın əhəmiyyətini isbat etmək üçün üçüncü və dördüncü səbəbi belə göstərir: “Namaz günahları tökər, necə ki, yarpaqlar ağacdan tökülər. Günah kəndirlərini boyunlardan açar”.

“Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldədə) xoşagəlməz hallardan çəkindirir”. (“Ənkəbut” 45). Bəli, namaz insanı gələcək günahlardan qoruyar və keçmiş günahlarına görə tövbə etməsinə səbəb olar. İnsanın tərəqqi etməsinə mane olan və boynuna sarılmış günah kəndirlərini açar.

Sonra İmam (ə) beşinci səbəbi Həzrət Peyğəmbərin (s) kəlamına istinad edərək təqdim edir: “Peyğəmbər (s) namazı insanın qapısının önündən axan isti bulağa bənzədir ki, o, gecə və gündüz beş dəfə həmin bulaqda özünü yuyar. Şübhəsiz ki, bədənində çirk qalmaz”.

Bu hədisdən də göründüyü kimi, namaz adi bulaq deyildir. Bu, xüsusi bir bulaqdır ki, çirkləri aradan aparmağı bacarır. Namaz insanda təqva ruhunu dirildər və insanı gələcək münkərlərdən qoruyar. Keçmişə görə tövbə etməsinə səbəb olar.

İmam (ə) altıncı səbəbi bəyan edən zaman Quran ayəsinə istinad edir və buyurur: “O dəstə möminlər ki, dünya zinətləri və gözlərinin nuru olan övladları və malları onları özünə məşğul etmir – namazın haqqını yaxşı tanıyıblar. Sübhan Allah onların haqqında buyurur: “Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər”. (“Nur” 37).

Nəhayət, Həzrət (ə) sonuncu səbəbi belə bəyan edir: “Peyğəmbər (s) behişti müjdə verdikdən sonra özünü namaz üçün əziyyətə salır. Allah ona buyurur: “Ailəni namaza dəvət et və onların qarşısında səbirli ol!”. (Çünki namaz behiştin açarıdır). Həzrət də davamlı olaraq Əhli-beytini (ə) namaz qılmağa dəvət edir və özünü ona vadar edir”. Yəni, onu yerinə yetirməkdə səbirli olur.

İmamın (ə) bəyan etdiyi bu yeddi səbəb namazın əhəmiyyətindən və insan səadətinə qoyduğu təsirlərdən bəhs etdi və namazdan uzaq qalmağın gətirdiyi təhlükələri bizə tanıtdı.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..