Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 May 19:16
Şərh Yoxdur
3386

İmam Əli (ə): “…Qəlbinizin qulaqlarını açın ki, sözlərimi dərk edəsiniz”

İmam Əli (ə) buyurur: “Həqiqətən mən sizin aranızda qaranlıqda olan çıraq kimiyəm. Hər kim aydınlığından bəhrələnmək istəyər – eşidin və sözlərimi qəbul edin. Qəlbinizin qulaqlarını açın ki, sözlərimi dərk edəsiniz”.

Hədisin şərhi.

İmam Əli (ə) səadət yolunun aydınlanması üçün özünü qaranlıqda olan çırağa bənzətmişdir. O kəslər ki, hidayət axtarışındadırlar, Həzrətin (ə) elmindən və nurundan bəhrələnə bilərlər. Bu yolla inkişaf edər və həqiqət yoluna qoşula bilərlər. Necə ki, qaranlıqda yol gedən çıraq vasitəsilə yolunu aydınladar, İmamın (ə) kəlamları da hər kəsi cahillik zülmətindən çıxardıb hidayət nuruna tərəf aparar. İmam (ə) buyurur ki, əgər mən olmasam, siz qaranlıq və zülmətdə məğlub olarsınız. (Həvzəh/Deyerler)

Həzrət (ə) buyurur ki, hər kim mənim aydınlığımdan bəhrələnmək istəyirsə, gərək sözlərimə qulaq versin. Ürəyi moizə və nəsihət eşitmək üçün hazır olsun. Əvvəl buyurur ki, zahiri qulaqlarınızı açın və mənə yaxşı qulaq asın. Sonra buyurur ki, qəlb qulaqlarınızı sözlərimi eşitmək üçün hazır edin. Çünki zahiri qulaqların eşitdiyi hər bir söz, qəlb qulağında yer alar və insan əgər bu sözləri qəlb qulağına daxil edə bilərsə, o zaman təfəkkür edər. Hər kim təfəkkür edərsə, İmamın (ə) nə demək istədiyini dərk edə bilər. İmamın (ə) da istədiyi şey elə budur.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

10 Rəbius-sani Xanım Fatimeyi-Məsumənin (s) vəfat günüdür.

Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o Xanımın bir sıra xüsusiyyətlərinə toxunacağıq ki, onun şəxsiyyəti və... Davamı..

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.   İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi... Davamı..

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti ✅1). Sizlərə tövsiyə edirəm ki, təqvalı olun və Allahdan qorxun; Quran baxımından insanların bir-birindən təkcə üstün... Davamı..

PEYĞƏMBƏRİN (S) HƏYATI

Peyğəmbərin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in... Davamı..

İmam Həsən Əskəri (ə.s)-ın Şəhadəti

Abbasi xəlifələri və Abbasi iqtidarının nümayəndələri, Əhli-Beyt İmamlarının (ə) on iki nəfər olduğunu və on ikincisinin qeybətdən sonra zühur edib zalımların batil... Davamı..

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..