Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Fevral 13:25
Şərh Yoxdur
2903

İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət

Abbasilər hakimiyyətinin bu mərhələsi onu digər mərhələlərdən ayıran bir sıra xüsusiyyətlərə malik olmuşdur. İndi həmin xüsusiyyətlərdən bir neçəsini oxucuların nəzərinə çatdırırıq:

1. Xilafətin əzəmət heybətinin itməsi; İstər Əməvilərin hakimiyyəti dövründə, istərsə də Abbasilər dövründə xilafətin özünəməxsus əzəməti olmuşdur. Ancaq İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə xilafətdə türklərin və qulların nüfuz tapmasının nəticəsi olaraq xilafət öz əzəmətini itirmiş, bu ünsürlər onu istədikləri kimi idarə edirdilər. Xəlifə yalnız simvolik bir mə’na daşıyırdı. Ancaq buna baxmayaraq, nə vaxt müxaliflər tərəfindən bir təhlükə hiss edilirdisə, xəlifə və bütün ətrafındakılar onu dəf etmək üçün ümumi bir razılığa gəlirdilər.

2. Saraydakıların əyləncə ilə gün keçirmələri; Abbasi xəlifələri hakimiyyətdə yaranmış boşluqdan istifadə edib kef, əyləncə, eyş-işrətlə məşğul olaraq gecə məclisləri təşkil edirdilər. Hökumət başdan-başa fəsadla dolmuşdu. Tarix onların bu əyləncələrinin hamısını qələmə almışdır.

3. Zülm, haqsızlıq özbaşnalığın yayılması; Zülm və haqsızlığın yayılması, həmçinin, beytül-malı qarət edib əyləncə və əyyaşlığa sərf etmək camaatı cana yığmışdı.

4. Ələvi qiyamlarının artması. Abbasi xəlifələri hakimiyyətlərinin bu mərhələsində çalışırdılar ki, cəmiyyət arasında Ələvilərə qarşı nifrət yaratmaqla onları tar-mar etsinlər. Ələvilərin hər hansı bir qiyamının kiçik fəaliyyəti müşahidə edilən kimi dərhal amansızcasına onun qarşısını almağa cəhd göstərilirdi. Bunun də səbəbi o idi ki, hökumət cəmiyyətdə yaratdığı qorxuya baxmayaraq, özünü qeyri-sabit, qeyri-qanuni bilib bu kimi qiyamlardan çox qorxurdu. Ələvilərin bu müddət ərzindəki fəaliyyəti belə olmuşdur ki, onlar kiminsə adını çəkmədən camaatı Məhəmmədin (səlləllahu əleyhi və alih) nəslindən seçilmiş bir nəfərin ətrafında toplaşmağa də’vət edirdilər. Çünki qiyam başçıları görürdülər ki, hərbi düşərgə sayılan Samirra şəhərində mə’sum İmamlar tə’qib olunur, belə olduğu halda, onlar müəyyən bir şəxsi (yə’ni hər hansı bir mə’sum İmamı) rəhbər tə’yin etməklə onun həyatını təhlükə ilə üzləşdirər və hətta ölümünə səbəb ola bilərdilər. Bu qiyamlar cəmiyyətdə yaranmış zorakılıq və özbaşınalıqların nəticəsi olub birbaşa onlarla əlaqədar olmuşdur. Məsələn, digər Abbasi xəlifələri ilə müqayisədə Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinə nisbətən əlaqəsi olan və hakimiyyəti dövründə şiələr üçün heç bir təhlükə doğurmayan xəlifə Müntəsirin dövründə bir dənə də olsun belə, qiyam baş verməmişdir. Tarixçilər təkcə 219-270 hicri qəməri illəri arasında baş verən on səkkiz qiyamı qeyd etmişlər. Bu qiyamların əksəriyyəti məğlubiyyətlə nəticələnmiş və Abbasi hökuməti tərəfindən yatırılmışdır.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..