Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 İyun 10:27
Şərh Yoxdur
3049

İmam Əlinin (ə) nəzərində dünya sevgisinin gətirdiyi 8 bəla

İmam Əli (ə) «Nəhcul-bəlağə»də dünya sevgisini şiddətlə tənqid etmiş və ondan çəkindirmişdir. Dünya sevgisinin gətirdiyi bəlalardan söz açmışdır ki, onlara işarə edək .

1. Dünya sevgisi bütün xataların köküdür. İmam Əli (ə) buyurur: “Dünya sevgisi bütün səhv və günahların başındadır”.

2. Dünya sevgisi insanı aldadar. Həzrət (ə) buyurur: “Dünyanın məsəli – ilanın məsəli kimidir ki, yumşaq bədəni vardır. Öldürücü zəhəri daxilindədir. Aldanmış nadan ona tərəf meyil edər və aqil insan ondan çəkinər”.

3. Dünya sevgisi tamaha səbəb olar. İmam (ə) buyurur: “Dünya sevgisi və məhəbbəti tamah meydana gətirər”.

Başqa yerdə buyurur: “Dünyapərəstlər dünyadan bir şeyə çatmazlar, məgər o halda ki, hərislik qapısı üzlərinə açılar və eşq atəşi onları daha sürətli edər”.

4. Dünya sevgisi Allaha üsyana səbəb olar. İmam (ə) buyurur: “Dünyanın aldadıcı cazibələri insanı üsyana tərəf çəkər”.

5. Dünya sevgisi axirət səadəti ilə uyğun gəlmir. İmam (ə) buyurur: “Necə ki, gecə və gündüz cəm olası deyildir, Allah sevgisi ilə dünya sevgisi də cəm olası deyildir”.

6. Allahdan qəflətə səbəb olar. İmam (ə) buyurur ki, dünya ləzzətlərinə qərq olmaq insana Allahı unutdurar və mənəvi ləzzətdən saxlayar.

7. İnsan haram ləzzətlərə meyil edər. İmam (ə) buyurur: “Həqiqətən bu din pis əməl sahiblərinin əlində əsir olmuşdur ki, din adı ilə nəfslərinə pərəstiş edir və dünyalarını əldə edirlər”.

8. Məadı unutmaq. İmam Əli (ə) buyurur: “Dünyanın tez ötən zinətləri axirətin cavidan zinətlərindən daha tez sizə nüfuz etmişdir. Dünyapərəstlik, Qiyaməti yadınızdan aparmışdır”. //Deyerler.org

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şiələrin onuncu imamının adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, mübarək künyəsi “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

İmam Baqir (ə) və zahidin nəsihəti

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATI

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri... Davamı..