Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 Sentyabr 12:33
Şərh Yoxdur
3732

İmam Əlinin (ə) Allah tərəfindən müəyyən edilmiş 5 üstünlüyü

Əmirəl-möminin İmam Əlinin (ə) beş üstünlüyü vardır ki, onu həm dostları və həm də düşmənləri etiraf edirlər. Hər kim bu üstünlükləri qəbul etmirsə, ya dini maarifdən bəhrə aparmamışdır, ya da inadı üzündən dini həqiqətlərə mane olmaq istəyir.

1. Həzrət Əli (ə) Allah tərəfindən seçilmişdir. Allahın Quranda İmam Əli (ə) üçün bəyan etdiyi ən üstün fəzilətlərdən biri odur ki, o Həzrət (ə), İslam Peyğəmbərinin (s) canişini və vəlisidir. Həzrət Peyğəmbər (s) Qədir-Xum çölündə onun İlahi rəhbərlər olduğunu elan edərək, vilayət nemətini tamamlamış və dinin kamala çatmasına səbəb olmuşdur. “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz”. (“Maidə” 67). Allah başqa ayədə buyurur: “Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit)bir din kimi sizin üçün İslamı qəbul etdim”. (“Maidə” 3). Bu ayə İmam Əlinin (ə) fəzilətində nazil olmuşdur və bu ayədən sonra Peyğəmbər (s) İmam Əlinin (ə) əlini yuxarı qaldırdı və onu özündən sonra İlahi rəhbər və mövla kimi tanıtdı.

2. Həzrət Əli (ə) Peyğəmbərin (s) canıdır. O zaman ki, Həzrət Peyğəmbər (s) qərara alır ki, xristianlarla mübahilə etsin, bu ayə nazil olur: “Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih (ə) haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə İmam Həsənlə İmam Hüseyni oğulları, Həzrət Fatiməni (s.ə) xanımların nümayəndəsi və Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular)”. (“Ali-İmran” 61). Bu ayədə adı çəkilən canımız olan kəslər sözü İmam Əliyə (ə) aid edilir.

3. İmam Əliyə (ə) itaət etməyin vacibliyi. Allah Təbarəkə və Təala Quranda Özünə və Peyğəmbərə (s) itaət etməkdən sonra əmr sahiblərinə itaət etməyi buyurur ki, əmr sahiblərinin başında Mövlayi-müvəhhidin olan Əli ibn Əbu Talib (ə) durur. “Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun”. (“Nisa” 59). Peyğəmbərə (s) əmr sahiblərinin kim olduğu ilə bağlı sual verəndə, Həzrət (s) belə cavab verir: “Onlar mənim canişinlərim və məndən sonra müsəlmanların İmamlarıdır ki, onların birincisi Əli ibn Əbutalibdir (ə) və ondan sonra tərtiblə Həsən (ə), Hüseyn (ə), Əli ibn Hüseyn (ə), Muhəmməd ibn Əli (ə)…dir”.

4. İmam Əli (ə) ən pak insandır. İmamın (ə) üstün cəhətlərindən biri də onun pak və məsum olmasıdır. Allah onun və övladlarının pak olmasına Özü şəhadət vermişdir. “Allaha və (İlahi rəhbərliyə aid məsələlərdə) Onun Rəsuluna itaət edin, həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir”. (“Əhzab” 33).

5. İmam Əli (ə) rəhbərdir. Allah Təala Quranda İmam Əliyə (ə) işarə edərək, vilayətdən söz açmış və onun bəzi fəzilətlərinə işarə etmişdir. O cümlədən rüku halında yoxsula verdiyi sədəqəyə. “Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli əleyhis-salam və onun rüku halında üzük bağışlamasıdır)”. (“Maidə” 55).

Bu beş üstünlük İmam Əlinin (ə) əxlaq dənizinin bir damcısı idi. İmam (ə) bizlər üçün çox sayda fəzilətli sifətləri yadigar qoyub getmişdir ki, hər birimiz üçün ibrət dərsidir. (Tebyan/Deyerler)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM SADİQİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İMAM SADİQİN (Ə) ŞƏXSİYYƏTİ Adi: Cəfər; Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq; Künyəsi: Əbu-Əbdillah; Atası: imam Mühəmməd Baqir... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət... Davamı..

Hz. Peyğəmbər (s) haqqında dünya şöhrətli alim və tarixçilər nə deyiblər?

Hz. Məhəmməd Peyğəmbər (s) yalnız müsəlmanların deyil, əsrlər boyu müxtəlif dinlərə və dünyagörüşlərinə mənsub tarixçi, filosof və alimlərin də diqqətini cəlb etmiş... Davamı..

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..

İMAM MEHDİ (Ə) ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ

– bəzi əhli-sünnə alimləri imam Mehdiyə (ə) etiqadı müdafiə etmiş…   İmam Mehdinin (ə.c) dünyamiqyaslı qıyamı və inqilabı şiə mənbələri ilə yanaşı,... Davamı..

İmam Zamanın (ə.c) imamətinin başlanğıcı

İmam Mehdinin (ə) həyatı üç dövrdən İbarətdir   Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayının 9-u bəşəriyyət aləminin xilaskarı, imam Zamanın (ə.c) imamət məqamına... Davamı..