Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 İyul 13:49
Şərh Yoxdur
2401

İmam Əlidən (ə) ən ağır cəzanı istəyən günahkarın aqibəti

İmam Sadiq (ə) nəql edir ki, Əmirəl-möminin (ə) bir gün səhabələri ilə əyləşmişdi. Bir kişi gəlir və deyir: “Ey Əmirəl-möminin! Mən zina etmişəm, məni pak et (cəzalandır)!”.

Həzrət (ə) buyurur: “Evinə qayıt, bəlkə təbiətində yaxşılıq hərəkətə gələr”.

 

İmam (ə) belə düşünür ki, etdiyi etirafı ağıl və şüuru üzərindən olmamışdır.

Ancaq həmin şəxs sabahısı günü yenə gəlir və həmin sözləri deyir və onu cəzalandırmağını istəyir. İmam (ə) da ona buyurduğu sözləri yenə təkrar edir və həmin şəxs evinə qayıdır.

 

Bu hal dörd gün davam edir və nəhayət İmam (ə) ona buyurur: “Peyğəmbər (s) belə olan zaman üç hökm buyurmuşdur, hansını istəsən seçə bilərsən. Biri budur ki, əl və ayaqlarını bağlayacaq və dağdan aşağı atacaqlar. İkincisi budur ki, səni qılıncla öldürəcəklər. Üçüncüsü isə səni atəşdə yandıracaqlar”.

 

Həmin şəxs deyir: “Ya Əli! Bunların hansısı daha ağırdır?”.

İmam (ə) buyurur: “Atəşdə yanmaq”.

Deyir: “Onu seçirəm”.

İmam (ə) buyurur: “Onda özün hazırlıq gör”.

Deyir: “Belə də edəcəyəm”.

 

Ayağa qalxır və iki rükət namaz qılır. Sonra əllərini göyə qaldırıb deyir: “Allahım! Mən elə günah etmişəm ki, Sən ondan agahsan. Mən öz günahımdan qorxmuşam və Sənin vəsinin yanına gəlmişəm. Ondan istəmişəm ki, məni bu günahdan pak etsin. O, məni üç cəza arasında qərar verməkdə vəzifələndirdi.

Allahım! Mən ən çətin olanı seçdim. Səndən istəyirəm ki, bu cəzamı günahımın kəffarəsi qərar verəsən. Məni axirətdə cəhənnəm atəşində yandırmayasan”.

 

Ağlamağa başladı və bu halda atəşlə dolu çuxurda əyləşdi. Atəş hər tərəfindən alovlanmağa başladı.

İmam Əlinin (ə) onun bu halına ürəyi yandı və ağlamağa başladı. Səhabələri də ağladılar. Həzrət (ə) həmin şəxsə buyurdu: “Ayağa qalx, ey kişi! Yerin və göyün mələklərini ağlatmısan. Allah, tövbəni qəbul etdi! Ayağa qalx və etdiyin günahı bir daha təkrarlama”. (Həvzəh/Deyerler)

 

Beləcə, bu kişi bu dünyadaykən imtahanını verdi və günahdan təmizləndi.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..