Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 May 16:48
Şərh Yoxdur
3590

İmam Əli (ə) hökumətinin əsas işi yoxsulluqla mübarizə aparmaq idi

İmam Əlinin (ə) hökumət etdiyi zamanlarda ən böyük səyi – ədaləti bərpa edib, cəmiyyətdəki yoxsulluğu aradan qaldırmaq olmuşdur. İmamın (ə) nəzərinə görə,hökumətin ən böyük vəzifəsi – iqtisadiyyatı inkişaf etdiribinsanların rifahını yaxşılaşdırmaq olmalıdır.

 

Ona görə də insanlara xitab edərək buyurur: “Ey insanlar! Mənim sizin üzərinizdə haqqım vardır. Sizin də mənim üzərimdə haqqınız vardır.

 

Sizin mənim üzərimdə olan haqqınız odur ki, mal-dövlətinizi, gəlirlərinizi artırım və onu sizə çatdırım. Ey insanlar, mənə işimdə yardım edin. Planlarımı həyata keçirtməkdə kömək edin. Allaha and olsun ki, zülm görmüş insanın dadına çataram və ona zülm edənin cilovunu toplayaram. Onu haqq mənzilinə tərəf çəkərəm”.

 

İmam Əlinin (ə) nəzərinə görə yoxsulluq ağıla, imana və əqidəyə dəhşətli mənfi təsirlər qoyur. İmam Əli (ə) öz oğlu Muhəmməd Hənəfiyyəyə buyurur: “Əziz oğlum! Sənin yoxsul olmağından qorxuram. Allaha pənah apar ki, yoxsulluq dində nöqsana səbəb olar, ağılı avara edər, düşmənçilik icad edər”.

 

Ona görə də Həzrət Əli (ə) həmişə buyurardı: “Yoxsulluq – böyük ölümdür”.

 

İmam Əli (ə) hökumətin əsil hədəfini ədalətdə görürdü. Çünki əgər ədalətə riayət olunarsa, cəmiyyətin hər bir fərdi yoxsulluq kimi bir xəstəlikdən nicat tapar və rufaha çatar. Ona görə də Həzrət Əli (ə) buyurur: “Ən üstün siyasət – ədalətdir”. (Tebyan/Deyerler)

 

Ədalət olan yerdə imanda olar, əqidə də olar, sağlam ağıl da olar.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..