Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Fevral 13:02
Şərh Yoxdur
2374

İmam Əli (ə): “Axirət üçün ən pis azuqə Allah bəndələrinə zülm etməkdir”

Qurani-Kərim buyurur: “Beləliklə, zülm etmiş dəstənin kökü və nəsli kəsildi. Həmd və şükür – aləmin və aləmdəkilərin Rəbbi olan tək Allaha məxsusdur”. (“Ənam” 45).

 

Bu ayə Qiyamət barəsində nazil olmuşdur və Uca Allah bu ayədə zalımların kökünü kəsdiyi üçün həmd və şükür edir. Zülm, Qiyamət günü zülmətli şəkildə zalımın ətrafını bürüyəcəkdir.

 

İmam Əli (ə) buyurur: “Axirət üçün ən pis azuqə Allah bəndələrinə zülm etməkdir”.

Hamımız yaxşı bilirik ki, dünya axirət üçün azuqə toplamaq yeridir. Hər kəs öz halına uyğun qədər azuqə toplayar.

 

Quranın nəzərinə görə, ən üstün azuqə – təqvadır. “Allah etdiyiniz hər bir yaxşı işi bilir. Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə – təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!”. (“Bəqərə” 197).

Ancaq çox təəssüf ki, insanlar çox vaxt təqva yerinə zülmü seçirlər və başqalarına züm edərək, ən pis azuqə toplamış olurlar.

 

Allah bəndənin özünə etdiyi zülmü bağışlayar və tövbəni qəbul edər. Hətta bəndə tövbə etməsə belə, Allah Öz haqqından keçə bilər. Ancaq o yerdə ki, söhbət digər bəndələrə zülmdən düşər – belə bir günah nə tövbə suyu ilə yuyular, nə də şəfaət yolu ilə bağışlanar. Bu səbəbdəndir ki, dinimiz onu ən pis azuqə hesab etmişdir.

 

İslamın nəzərinə görə, zülm üç dəstəyə bölünür: özünə edilən zülm, Allaha edilən zülm və insanlara edilən zülm.

 

Allah zülmün iki növünü tövbə yolu ilə bağışlayar. Ancaq o yerdə ki, haqqun-nas olar – işlər korlanar. İmam Əli (ə) zülmün üçüncü növü barəsində buyurur: “Ancaq boş buraxılmayan zülm o zülmdür ki, bəndələr bir-birinə qarşı edərlər. Qisas bu yerdə şiddətlidir. Bu qisas bıçaqla yaralamaq və ya şallaqla vurmaq deyildir. Bu, elə bir şeydir ki, bunlar onun qarşısında heç nədir”. (Beytutə/Deyerler)

 

İmam Əli (ə) buyurur ki, haqqun-nasın cəzası çox ağırdır. Əgər möminin boynunda haqqun-nas olarsa, o zaman axirətə çox pis azuqə ilə gəlmiş olacaqdır. Bu günaha görə nə şəfaətin təsiri olar, nə də tövbənin.

Ona görə də hələ ki, fürsət var, halallıq alıb tövbə etmək lazımdır.

 

Allah Təala bizlərə haqqun-nassız aqibət qismət eləsin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..