Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 İyul 18:16
Şərh Yoxdur
2915

İlk baxış – xətadır, ikinci baxış – bilərəkdəndir, üçüncü baxış həlakətə səbəb olar – Gözləri xəyanətdən qorumalı

Harama göz yummaq – paklıq və təmizlikdir. Qurani-Kərim bu əməlin hikməti barəsində buyurur: “Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar”. (“Nur” 30).

Göz – Uca Allahın biz insanlara verdiyi ən böyük nemətlərdən biridir. Gözün Allaha şükrü odur ki, insanı pisliklərdən qorusun. İnsan onun vasitəsilə kamal və mərifətini artırar ki, Quran onu ayıq göz adlandırır. O kəslərin ki, ayıq gözləri yoxdur, Quran tərəfindən məzəmmət olunurlar.

Qurani-Kərim cəhənnəm əhli haqqında buyurur: “Doğrudan da Biz cin və insanların çoxunu(sanki)cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar”. (“Əraf” 179). “Məgər Biz ona iki (görən) göz vermədikmi?!”. (“Bələd” 8).

Bu ayələrdən belə nəticəyə gəlmək olur ki, insan gərək qəfləti özündən uzaqlaşdırsın və hər bir şeyə qarşı ayıq olsun. Eyni zamanda Allahın bizlərə verdiyi bu möcüzəvi üzv haqqında düşünsün və Allaha qarşı daha çox mərifət əldə etsin. Gözün əməli şükrü – onu kontrol etməkdir. Onu hər bir pislikdən və xəyanətdən qorumaqdır. İmam Sadiq (ə) buyurur: “O kəs ki, namərhəmə baxmaz, Allah onu huril-eynlə evləndirər”.

Bəzən göz hamının gözündən uzaqda gizli baxışlar salar. Bu günah – gözün xəyanətidir. Quran bir çox ayələrində mömin qadın və kişiləri bu cür baxışlardan çəkindirmişdir. “O, xəyanətkar gözləri (və ya gözlərin qadağan edilmiş yerlərdəki xəyanətlərini) və sinələrin gizlətdiklərini (küfrü, haram fikirləri və rəzil sifətləri) bilir”. (“Ğafir” 19).

Naməhrəmə göz yummaq – paklığın müqəddiməsidir. İnsan əgər hər nə gəldi nəzər salarsa, şeytan ona hakim olar. Həzrət Peyğəmbər (s) buyurur: “Baxmaq – şeytanın zəhərli oxlarındandır. O kəs ki, Allah qorxusundan (onu) tərk edər, Allah ona elə bir təhlükəsizlik əta edər ki, şirinliyini qəlbində tapar”. (Tebyan/Deyerler)

Həzrət Peyğəmbər (s) buyurur: “İlk baxış – xətadır, ikinci baxış bilərəkdəndir, üçüncü baxış həlakətə səbəb olar”.

Göz sanki insanın daxilinə olan pəncərədir. O şeyi ki, görər, düşüncələrinə və zehninə təsir qoyar. İnsan gözü vasitəsilə ruhunu tərəqqi etdirib kamala da çatdıra bilər, naməhrəmə və günaha baxıb cəhənnəmlik də edə bilər. Ona görə də Məsumlarımız (ə) günahla dolu baxışları şeytanın zəhərli oxları adlandırırlar. İmam Sadiq (ə) buyurur:“Naməhərmə baxmaq – şeytanın zəhərə bulaşmış oxlarındandır. O qədər baxışlar olub ki, uzun həsrət və qüssəyə səbəb olmuşdur”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir göz Qiyamət günü onun çətinliyinə görə ağlardır. Ancaq o göz ki, Allahın haramına baxmaqdan çəkinmişdir – gülərdir”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..