Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 Aprel 22:35
Şərh Yoxdur
2799

İlahiyyatçılar cəbhədə baş verən hadisələrə münasibət bildirdi

prelin 2-dən başlayaraq, işğal olunmuş ərazilərimizdə qızğın döyüşlər gedir. Ordumuz mənfur erməniləri geri oturdaraq, bir neçə yüksəkliyi ələ keçirib. Bu müddət ərzində şəhidlərimiz də oldu, dinc sakinlər arasında qurbanlarımız, yaralılarımız da. Bəs, ön cəbhədə döyüşən əsgərlərimizə və arxa cəbhədə prosesləri həyəcanla izləyən xalqımıza ruh yüksəkliyi vermək üçün nə etmək lazımdır?
FaktXeber.com bununla əlaqədar ilahiyyatçılardan münasibət öyrəndik. 
Hacı Cavad Məscidinin axundu, ilahiyyatçı Əhliman Rüstəmov Qarabağın bizim torpağımız olduğunu və qorumağın da həm şərən, həm də əqlən vacib olduğunu bildirdi: «Və insan da gərək öz şəri vəzifəsini yerinə yetirmək üçün yüksək ruhiyyədə olsun. Məsumlar və  qeyri-məsumlardan, bəzi mənbələrə görə Kərbəlada Aşura günündə İmam Hüseyn tərəfdə vuruşanlar arasında azərbaycanlı olub, ondan, günümüzdə şəhid Mübariz kimilərindən nümunə götürməliyik».
Vətəni qorumağın bizim şəri vəzifəmiz olduğunu deyən Ə.Rüstəmov əsgərliyin müqəddəs iş olduğunu vurğuladı: «Müqəddəs işdə isə gərək hər zaman ruhiyyə olsun. Son günlərin məlumatlarına baxanda aydın olur ki, təbii ki, onlarda ruhiyyə var. Qoy bunu heç nə əvəz etməsin və ruhiyyələri daim yüksək olsun».
Təzəpir Məscidinin axundu, ilahiyyatçı Mircəfər Əyyubzadə isə  müharibədə ən önəmli məsələnin, qızıl qanunun –  komandiri dinləmək olduğunu dedi: «Tarixə nəzər salsaq, Ühüd döyüşündə görürük ki, komandirin əmrinə tabe olmaq üstünlüyü kafirlər tərəfə keçdiyi üçün Peyğəmbərin (s) dəstəsi məğlub oldu. Bu həqiqətdir. Vahid qüvvə ilə, deyilən vaxtda geri çəkilmək və əmr verilən vaxt irəli getmək fərmanına qulaq asmadıqları üçün müsəlmanlar məğlub oldular. Bu hər zaman belə olub. Allah-Təala bunu səbəb-nəticə qanunu kimi qoyub və heç kəs istisna deyil, yəni bu, Peyğəmbərin dəstəsidir, müsəlmandır, səhabədirlər, bunlar sözdən çıxsalar da, Peyğəmbərin əmrindən çıxsalar da, Allah onlara qələbə qazandıracaq deyə bir şey yoxdur».
Hərb qanunlarından başı çıxanlara, Azərbaycan Ermənistan müharibəsində proseslərin necə getdiyi bilənlərə əsaslanaraq hərəkət etməyi tövsiyə edən ilahiyyatçı, bunun qələbənin əsas şərtlərindən biri olduğunu vurğuladı: «Bir ordu qələbə qazanmaq istəyirsə, komandirlərə  qulaq asaraq, deyilən vaxtda var qüvvəsi irəli getməli, deyilən vaxtda dayanmalıdır. Çünki məsələlərin tam incəliyini bilmirik, hadisələrdən, proseslərdən tam təfərrüatı ilə məlumatımız yoxdur». 
Mircəfər Əyyubzadə onu da bildirdi ki, əgər bir xalqın müdafiəsinə qalxa biləcək ruh yüksəkliyinə malik gəncləri, ordusu, xalq nümayəndələri yoxdursa, o xalq məğlub olar: «Biz hər anımızı müharibə olaraq gözləməliyik. Bu təkcə Azərbaycanda yox, bütün dünyada belədir. Biz bilirik ki, bütün dünyada müsəlmanları, o cümlədən Azərbaycan türklərini sevməyənlər az deyil. Elə istəyirlər ki, əziyyət çəkək, narahat olaq. Bu səbəbdən hər zaman səfərbər halda olmalıyıq: İstər Vətən, din üçün, istərsə də elm, quruculuq və sair üçün»
www.ahliman.info
Digər “Müsahibələr ” Xəbərləri

Bu il adambaşına nə qədər fitrə pulu verilməlidir?

İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”.   İlahiyyatçı alim hacı... Davamı..

Allah istəyən kimi orucluğu başa vurmaq lazımdır – ilahiyyatçı (Arxivdən)

Artıq Ramazan ayının böyük bir hissəsi geridə qalıb. İnsanlarımız çalışmalıdırlar ki, mümkün qədər bu ayın fəzilətindən istifadə etsinlər. Allah yanında təqva və... Davamı..

Hacı Əhliman FİTRƏ zəkatının məbləğini açıqladı

İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”. İlahiyyatçı alim hacı Əhliman... Davamı..

Hacı Əhliman FİTRƏ zəkatının məbləğini elan etdi

İlahiyyatçı alim hacı Əhliman Rüstəmov bildirib ki, ölkəmizdə 2020-ci ilin fitrə zəkatının məbləği adambaşına unun qiymətinə görə 1.80 manat, düyünün qiymətinə görə... Davamı..

Hacı Əhliman bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb

Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən... Davamı..

“Əzadarlıq saxlamaq əslində islama ehtiramdır”(Arxivdən)

  Hacı Əhliman Rüstəmov: “Kiminsə atası ölsə, o heç vaxt həmin ərəfədə toy eləməz. Məhərrəm ayında da İmamımız şəhid olub” Hər il... Davamı..

Hacı Əhliman Rüstəmov bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb

Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən... Davamı..