Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Noyabr 09:00
Şərh Yoxdur
4772

İki nəfər kişi əl ilə görüşəndə, əlini saxlayan şəxsin savabı əlini buraxandan daha çoxdur

Həzrət Muhəmməd (s) buyurmuşdur: “Bir-birinizlə üz-üzə gələndə, salam verib əl tutmaqla görüşün. Bir-birinizdən ayrılan zaman, günahlarınızın bağışlanması arzusu ilə ayrılın.”[1]

“Bir-birinizlə əl verməklə görüşün. Çünki əl vermək kin-küdurəti aradan götürər.” [2]

“Bir-birinizə əl verin ki, bu kini aparar.”[3]

İmam Baqir (ə) buyurub: “İki nəfər kişi əl ilə görüşəndə, əlini saxlayan şəxsin savabı əlini buraxandan daha çoxdur. Bilin ki, bu əməl (yəni əl ilə görüşmək) onların günahlarını tamamilə qurtaranadək yuyub aparar.”[4]

İmam Sadiq (ə) buyurub: “Müsəlmanlar Allahın Rəsulunun (s) qoşununda müharibəyə çıxanda sıx ağaclıq olan yerdən keçib açıqlığa çıxan zaman Bir-birinə baxıb əl verərdilər”[5]

“Peyğəmbər (s) hər bir şəxsə əl verən zaman, həmin şəxs əlini çəkməyincə heç vaxt birinci öz əlini çəkməzdi.”[6]

 

www.ahliman.info

[1] əl-Kafi, c.2, səh. 181 , hədis11

[2] Biharul-Ənvar, c.77, səh. 158 , hədis149

[3] Biharul-Ənvar, c.77,  səh. 165 , hədis2

[4] əl-Kafi, c.2,  səh. 181 , hədis13

[5] əl-Kafi, c.2,  səh. 181 , hədis12

[6] əl-Kafi, c.2,  səh. 182 , hədis15

Digər “Mənəviyyat ” Xəbərləri

Allahı axtarmaq çağırışı insan varlığının dərinliyindən gəlir

İnsan mürəkkəb cism çərçivəsindən kənar, bədən moketi ilə əsla məhdudlaşmayan böyük həyati yönlərə malikdir. Maddi və fiziki kostruksiyanın sərhədlərini aşan cəhətlərin öyrənilməsi... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..