Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 İyun 17:01
Şərh Yoxdur
5518

İbadətin ləzzətini dadmaq üçün nə edək?

Möhsün Qərəvian nəql edir: Ayətullah Behcətdən soruşdum: “Ağa ömrümüz keçdi, amma indiyə qədər ibadətlərimizdə, xüsusilə də namazlarımızda bir ləzzət hiss edə bilməmişik. Sizcə nə edək ki, məsumların buyurduqları ibadətin ləzzətini azacıq da olsa biz də dadaq?”
O, zikr və duaya məşğul olduğu halda başını qaldırıb mənalı bir ifadə ilə mənə baxdı. Sonra – bu hamımızın mübtəla olduğu bir dərddir – deyə buyurdu.
–Ağa, hər halda dərəcəsi var, aşağısı, yuxarısı var; nisbi bir məsələdir; bəziləri – sizin kimi – ali mərtəbəyə sahibdir. Amma bizim heç nəyimiz yoxdur. Biz nə edək?
–Bəlkə də mən sizin dərəcənizin təmənnasındayam!
–Ağa, təvazökarlıqdan keçib, bu bir həqiqətdir ki, deyirəm.
O yenə də xüsusi təvazökarlıqla: Mən də sizin kimiyəm – dedi.
Çox israr etdikdən sonra nəhayət buyurdu: Namazdan həzz almaq üçün bir neçə miqəddiməyə diqqət yetirmək lazımdır. Onlardan bir hissəsi namazın xaricindədir (namazdan qabaq), bir hissəsi isə namazın özündədir. Namazdan qabaq diqqət yetiriləsi və əməl ediləsi məsələ budur ki, insan günah etməsin, qəlbini qaraltmasın. Günah ruhu qara dumana bürüyür, qəlbin nurunu aparır. Namaz vaxtı diqqət ediləsi məsələyə gəldikdə isə insan namaz vaxtı öz ətrafına dəmirdən, tikanlı simdən “hasar” çəkməlidir ki, Allahdan qeyrisi ora daxil ola bilməsin. Allahdan başqa bütün şeyləri fikrindən çıxarmalıdır. Zehnini Allahdan qeyri heç bir şeyə məşğul etməməlidir. Əlbəttə, qeyri-ixtiyari olaraq fikri bir yerə getsə eybi yoxdur. Amma elə ki, iltifat tapıb diqqətini cəmlədi, Allahdan qeyrilərini qəlbindən çıxarmalıdır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..