Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 Fevral 11:30
Şərh Yoxdur
2271

İbadətlərimizi nə zay edir? Tanıyaq və özümüzü qoruyaq

İnsana qarşı pusquda dayanan İblis (lən), daima onun ibadətlərini zay etməklə məşğuldur. İbadəti zay edən amillər ilə tanış olaq:

 

1. Riya. Hər kim Allah üçün deyil, insanların diqqətini cəlb etmək üçün namaz qılar və ibadət edərsə, o, şeytanın tələsinə düşər və ibadətləri zay olar.

2. Təkəbbür. İnsan namaz qılan zaman şeytan ona təlqin edər ki, etdiyi ibadətlərinə görə hamıdan daha üstündür. Bu yersiz qürurlanmaq onun ibadətini zay edər.

3. Günah. Günah, ibadətlərin yaxşı təsirlərini aradan aparar və insanı mənəvi səmərəsiz halda qoyar. Bir əkinçi uzun müddət əziyyət çəkər və buğda əkər. Ancaq bir gün güclü külək və yanğın sayəsində bütün məhsulunu əldən verər. Əziyyətləri boşa gedər. Günah da eyni şeyi ibadətlə edər.

 

“Pis əməlləri onun üçün zinətlənmiş olan və onları gözəl görən (bilən) bir kəs, (həqiqəti görən mömin kimidirmi?”. (“Fatir” 8).

 

“Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir”. (“Kəhf” 104).

 

Məgər şeytan (lən) o qədər ibadətlərinə baxmayaraq, Allah dərgahından qovulmamışdımı? Ona görə də ibadətlə qürurlanmaq – lənətlik şeytanın yolu ilə getmək deməkdir.

 

Bizim hər nəyimiz varsa, hamısı Allahdandır. İbadət tövfiqi də Ona aiddir. O, bizi səadətə tərəf dəvət edər, vasitələr qərar verər və şəraitlər yaradar. Ancaq biz əksər hallarda Allaha xalis ibadət edə bilmirik və Onun bizə etdiklərinin əvəzini verə bilmirik.

 

Bizim qafil halda qıldığımız namazlar hara, İlahi övliyaların qıldığı namaz hara? Məsumlarımız (ə) azan səsini eşidəndə, dəstəmaz alanda və Allah qarşısında dayananda bədənlərinin titrəməsindən tutmuş, müti duruşlarına qədər hər şey onların ibadətinin qəbul olmasından xəbər verir. Axı biz bunları eşidərək və görərək necə öz ibadətlərimiz ilə qürurlana bilərik? (Beytutə/Deyerler)

 

İmam Baqir (ə) atası haqqında buyurur: “Otağa daxil olanda gördüm ki, atamın ayaqları irinləmiş, rəngi qaçmış, gözləri qırmızı və alnında səcdənin nişanəsi vardır. Ağlamağa başladım.

Məni görən kimi dedi: “Filan yazını gətir və İmam Əlinin (ə) ibadətlərindən bir qədərini mənim üçün oxu!”.

Sonra buyurdu: “Kim, Əli (ə) kimi ibadət edə bilər ki?””.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..